"Sosial " ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitutlaşma) alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın həyata  keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş təşkilati tədbirlərdən biri uşaq evləri internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin alternativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilməsi s.), ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin, lisey gimnaziyaların yaradılması, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsidir. Hazırda bu istiqamətdə işlər məqsədyönlü şəkildə həyata keçirilməkdədir.

Eyni zamanda yeni yaradılacaq təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması da Proqramda nəzərdə tutulmuş tədbirlərdəndir.

Qeyd olunanları nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunun bazasında "Sosial " ixtisası üzrə yenidənhazırlanma təhsili təşkil olunsun.

2. "Sosial " ixtisası üzrə yenidənhazırlanma təhsilinin tədris planı proqramı təsdiq edilsin (əlavə olunur).

3. Strateji təhlil, planlaşdırma kadrların idarə olunması şöbəsi (F.Qədirov), De-İnstitutlaşma Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva):

3.1."Sosial " ixtisası üzrə yenidənhazırlanma təhsilinə cəlb edilmə üçün ümumtəhsil internat məktəblərində (ümumi tipli internat evlərində), həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrində işləyən tərbiyəçilərin tərkibini araşdırsınlar baza ali pedaqoji təhsilli (ixtisası ibtidai sinif müəllimi, ümumtəhsil fənləri üzrə müəllim, psixoloq, defektoloq loqoped olan) tərbiyəçilərin siyahısını müəyyənləşdirsinlər.

3.2."Sosial " ixtisası üzrə yenidənhazırlanma təhsilinə cəlb ediləcək tərbiyəçilərin ərizələrini sənədlərini 2010-cu il avqust ayının 31-dək BPKİYİ- təqdim etsinlər.

4. Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunun rəhbərliyi (A.Zamanov):

4.1."Sosial " ixtisası üzrə yenidənhazırlanma təhsili almaq üçün ərizə vermiş tərbiyəçilərin müsahibədən keçirilməsini təşkil etsin dinləyicilərin siyahısını elan etsin.

4.2. "Sosial " ixtisası üzrə yenidənhazırlanma təhsilinin keyfiyyətli şəkildə həyata keçirilməsi məqsədilə tədris planında nəzərdə tutulmuş fənlər üzrə mütəxəssislərin işə cəlb olunmasını təmin etsin.

4.3.Nəzərə alsın ki, "Sosial " ixtisası üzrə yenidənhazırlanma təhsili yalnız Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçirilir kənar şəxslərin bu təhsilə cəlb olunmasına yol verilmir.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət nazirliyin Strateji təhlil, planlaşdırma kadrların idarə olunması şöbəsinə (F.Qədirov) həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

11 avqust 2010-cu il

 

 Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.2.