Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi

 

Avqustun 20-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq qonaqları xarici ölkələrin tanınmış ali məktəblərinə qəbul olunan  gəncləri Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini bildirdi.

Azərbaycan gənclərinin  ölkəmizdən  kənarda ali təhsil almalarının hər zaman prioritet məsələlərdən biri olduğunu söyləyən nazir xüsusən ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il 1000-1500 tələbənin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərildiyini diqqətə çatdırdı. Təhsil naziri əbədiyaşar liderin yenidən hakimiyyətə qayıdışından sonra da həmin məsələyə xüsusi önəm verdiyini Azərbaycan gənclərinin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd etdi. Nazir bu ənənənin ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söylədi. Təhsil naziri hazırda ümumilikdə 10000-dən çox azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil aldığını vurğuladı.   Qeyd olundu ki, ölkə Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas məqsədi rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

2007-ci ildən etibarən adıçəkilən Dövlət Proqramı Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir. Dövlət Proqramının şərtlərinə əsasən həmin tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir.

Nazir Misir Mərdanov məlumat üçün bildirdi ki, Dövlət Proqramının icrasına başlandığı vaxtdan  512 gənc təhsil almaq üçün müxtəlif xarici ölkələrin ali məktəblərinə göndərilib. 2007-ci ildə Dövlət Proqramı çərçivəsində 66,  2008-ci ildə 137, 2009-cu ildə 309 tələbə xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alırdısa, 2010-cu  ildə onların sayının təxminən 200 olacağı nəzərdə tutulur.

Təhsil naziri Dövlət Proqramı çərçivəsində təhsil alanlardan 32 nəfərin artıq məzun olduğunu, onların  müxtəlif dövlət özəl qurumlarda işlə təmin edildiklərini bildirdi.

Nazir Misir Mərdanov daha sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq  azərbaycanlı gənclərin təhsil aldıqları xarici ölkələr, seçdikləri  ixtisaslar barədə statistik məlumatları görüş iştirakçılarının nəzərinə çatdırdı. Verilən məlumatdan aydın oldu ki, hazırda Dövlət Proqramı çərçivəsində  dünyanın 22 ölkəsinin yüksək reytinqə malik olan 154 ali məktəbində təhsilin müxtəlif pillələrində 447 nəfər oxuyur. Onlar doktorantura pilləsi üzrə sosial elmlər, mühəndislik, tibb informasiya-telekommunikasiya texnologiyaları, magistratura pilləsi üzrə isə iqtisadiyyat idarəetmə, sosial elmlər, hüquqşünaslıq, informasiya - telekommunikasiya texnologiyaları, mühəndislik, tibb s. ixtisasları üzrə təhsil alırlar.

Nazir respublikamızın kadrlara olan tələbatının nəzərə alınaraq növbəti tədris ilindən etibarən gənclərin xarici ölkələrə göndərilərkən informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya kimya ixtisasları üzrə mütəxəssis kimi hazırlanmalarına üstünlük veriləcəyini bildirdi.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda bütün gənclərə yüksək bilik almaqla bərabər, respublikamızı təhsil aldıqları ölkələrdə layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması işində fəallıq göstərmələrini, doğma Vətənə peşəkar  mütəxəssislər  kimi dönmələrini tövsiyə edərək onlara bu çətin məsuliyyətli işlərində uğurlar arzuladı.

Görüşdə iştirak edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası Diasporla  İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri, Azərbaycan Dillər  Universitetinin rektoru, professor Səməd Seyidov xarici ölkələrin aparıcı ali məktəblərində  təhsil almaq imkanı qazanan  gənclərə  təhsillərində nailiyyətlər diləyərək, onlara ən xoş istəklərini çatdırdılar.

ABŞ-ın Corc Vaşinqton Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Elvin Hacıyev, Böyük Britaniyada fəaliyyət göstərən Avropa - Azərbaycan Cəmiyyətinin sədr müavini Emil Ağazadə, Fransanın Paris II Universitetində fizika ixtisası üzrə təhsil alan Nizami Abbasov, Sinqapurun Nanyanq Texnologiya Universitetində tətbiqi fizika ixtisası üzrə  təhsil alan Pərviz Hacıyev, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında  ürək-damar cərrahiyyəsi ixtisası üzrə aspirantura pilləsində təhsil alan Səbuhi Dadaşov başqaları çıxışlarında onların  yüksək təhsil almaları üçün yaradılan geniş imkan   şəraitə,  göstərilən diqqət qayğıya  görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Gənclər onlara böyük etimad  göstərdiyinə görə təhsil naziri Misir Mərdanova, həmçinin bu  gözəl missiyanın həyata keçirilməsində əməyi olan bütün şəxslərə təşəkkür etdilər.

Görüşün sonunda tələbələri maraqlandıran suallara cavablar verildi, onların fikir təklifləri dinlənildi.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.2.