Təhsil naziri
İraqın Azərbaycandakı səfiri ilə görüşüb
Avqustun 19-da təhsil naziri
Misir Mərdanov İraqın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Heydər
Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb
Azərbaycanla İraq arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində də qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib. Hələ keçmiş İttifaq zamanında müvafiq əlaqələrin olduğunu xatırladan nazir bu istiqamətdə münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
İraqın Azərbaycanla qarşılıqlı münasibətləri daha da yaxınlaşdırmaqda maraqlı olduğunu söyləyən səfir ölkəsinin xarici siyasətdə əsas götürdüyü
sabit kursun dəyişmədiyini diqqətə
çatdırıb. Heydər
Şiyə
Qubeyşi əl-Barrak yaxın zamanlarda İraqla Azərbaycan arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişafına xidmət edən sazişin imzalanmasının nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə
iki ölkə arasında tələbə mübadiləsinin
aparılması perspektivləri müzakirə edilib və
iraqlı tələbələrin respublikamızın ali məktəblərində
təhsili ilə bağlı bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.3.