Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
Bu il Masallı məktəblərini 2035 şagird
bitirib. Məzunlardan
650 nəfəri ali məktəblərə
qəbul üçün
müraciət etmiş,
onlardan 223 nəfəri
tələbə adını
qazanıb.
Elə bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı
Qəzənfər Ağayevin
yüksək nəticə
əldə edərək
tələbə adını
qazanmış məzunlarla
görüşü keçirilib. Tədbir,
iştirakçıların ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməsi və abidə önünə təzə-tər güllər
düzməsi ilə başlanılıb.
Daha sonra məzunlar Heydər Əliyev muzeyində ümummilli liderin keçdiyi şərəfli
ömür yolu ilə tanış
olublar. Tədbiri açan rayon icra hakimiyyətinin başçısı
Qəzənfər Ağayev
ali məktəblərə
qəbul imtahanlarında
yüksək nəticə
əldə edərək
tələbə sevincini
yaşayan məzunları
təbrik edib, onlara təhsillərində
uğurlar diləyib. Daha sonra natiq təhsilə
dövlət qayğısından
söhbət açmış,
ölkə rəhbəri
İlham Əliyev cənablarının Azərbaycan
təhsilinə daim önəm verdiyini vurğulayıb. Rayon təhsil
şöbəsinin müdiri
Astan İbişov, S.Tağıyev adına Digah orta məktəbinin
direktoru Nailə Əsədullayeva, Qəhrəman
İsmayılov adına
Şərəfə orta
məktəbinin direktoru
Taleh Əkbərov, Bakı Dövlət Universitetinin II kurs tələbəsi, Prezident
təqaüdçüsü Nigar Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Nərmin
Adilzadə və başqaları çıxışlarında
təhsilə göstərilən
diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər. Tədbirdə
ali məktəblərə
qəbulda yüksək
nəticə əldə
etmiş 34 tələbəyə
rayon icra hakimiyyəti
başçısının pul mükafatı və fəxri fərmanlar təqdim olunub. Üç tələbəyə isə
ali təhsil
aldığı müddətdə
rayon icra hakimiyyəti
başçısının aylıq təqaüdü
təyin edilib. Həmin tələbələr
Masallı şəhər
3 nömrəli orta məktəbin məzunu,
655 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş Baxışov Qəyyum Mehman oğlu, E.Ağayev adına Hişkədərə
kənd orta məktəbinin məzunu,
640 balla Qafqaz Universitetinə daxil olmuş Cabbarlı Azər Əlövsət oğlu,
keçən il Azərbaycan Dövlət Universitetinə yüksək
balla daxil olmuş, Prezident təqaüdçüsü Əliyeva
Nigar Sakif qızıdır.
Tədbirin sonunda tələbə adını uğurla qazanan məzunlar rayon icra hakimiyyəti başçısı ilə
xatirə şəkli
çəkdiriblər. Məzunlar
qarşısında konsert proqramı ilə
çıxış edən incəsənət ustaları tələbələrə
sevinc bəxş ediblər.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.5.