Yeni dərs
ilinə hazırlıq
işləri görülür
Milli Qəhrəman
Vüqar Mürsəlov
adına 9 nömrəli Bakı Peşə Liseyinin direktoru Əlyar Allahverdiyevdən aldığımız
məlumata görə,
liseydə yeni
dərs ilinə hazırlıq işləri
sürətlə gedir. Belə ki, liseyin bütün
sinif otaqları, laboratoriyaları və tədris emalatxanalarında, dəhlizlərdə
cari təmir işləri aparılıb.
Peşə liseyi 1972-ci ildən fəaliyyət göstərir. 280 şagird avtomobil təmiri üzrə çilingər-sürücülük ixtisası üzrə burada təhsil alır. Liseydə 29 fənn müəllimi,
17 istehsalat təlimi ustası var.
9 nömrəli Bakı Peşə Liıeyinin avtomobilin quruluşu, yol hərəkəti qaydaları, yol hərəkəti və
ilk tibbi yardım, avtomobilin istismarı, avtomobilin quruluşu və laboratoriyası, texniki quruluş laboratoriyalarında da cari təmir işləri aparılıb. Laboratoriyalar
əyani vəsaitlərlə
tam təchiz olunub. Mövcud avadanlıqların
hamısı işlək
vəziyyətdədir.
***
Son illərdə respublikamızın
hər yerində olduğu kimi Hacıqabul rayonunda da ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun
olaraq məktəblərin
maddi-texniki bazasının
möhkəmləndirilməsi diqqət mərkəzində
saxlanılır. Son 6 ildə
Hacıqabul rayonunda 9 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
2005-2009-cu illərdə Heydər
Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində 4 məktəb binası tikilmişdir. Təhsil Nazirliyi tərəfindən
isə 5 yeni məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə
verilib. Yeni məktəblərin hər birində sərbəst qazanxana tikilmiş və təhsil ocaqları istilik sistemi ilə təchiz edilmişdir. Məktəblər zəruri avadanlıqlarla təmin olunmuş, idman zalı, kitabxana, laboratoriya və kompüter otaqları şagirdlərin
ixtiyarına verilmişdir.
Son illərdə rayonun 4 məktəbində
16 əlavə sinif otağı tikilmiş, 9 məktəbdə əsaslı
təmir işləri
aparılmışdır.
Yeni dərs ili ərəfəsində rayonun təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi və
yeni dərs ilinə hazırlığı rayon icra hakimiyyəti və təhsil şöbəsinin diqqət mərkəzindədir. Bu
dərs ilində rayonda Təhsil Nazirliyi tərəfindən tikilən iki yeni məktəb
binası istifadəyə veriləcəkdir. Qarasu
kənd orta məktəbi üçün
tikilən 640 şagird yerlik
yeni məktəb binası istifadəyə
tam hazırdır. Məktəbdə geniş və işıqlı sinif otaqları, idman və
akt zalları, kitabxana,
laboratoriya, kompüter
otaqları inşa edilmiş,
qazanxana tikilmiş və
istilik sistemi
quraşdırılmışdır. Təhsil ocağı müasir inventar və
avadanlıqla təmin edilmişdir.
Kürçülü kənd
əsas məktəbi
üçün tikilən
240 şagird yerlik yeni məktəb binası da bu il qapılarını şagirdlərin
üzünə açacaqdır.
Uzun illər uyğunlaşdırılmış binada dərs alan şagirdlərə
və fəaliyyət
göstərən müəllimlərə
yeni məktəb binası "Bilik günü" ərəfəsində
ən böyük hədiyyə olacaq. Yeni dərs ilinə hazırlıqla bağlı
rayonun 5 məktəbində,
1 məktəbdənkənar müəssisəsində əsaslı
təmir işləri
aparılmışdır. Belə ki, Təhsil Nazirliyi tərəfindən
şəhər 2 nömrəli
və Ağacanlı kənd orta məktəblərində əsaslı
təmir işləri
görülmüşdür. Həmin məktəb binalarının
dam örtükləri dəyişdirilmiş,
qapı və pəncərələri yenisi
ilə əvəz olunmuş, sinif otaqlarının və dəhlizlərinin döşəmələri
təmir edilmişdir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu hesabına Navahı qəsəbə
2 nömrəli orta məktəbin ərazisi çəpərlənmiş, həyəti
abadlaşdırılmış, idman qurğuları quraşdırılmışdır. Rayonun Qubalı kənd orta və Xilə
kənd əsas məktəblərində və
Texniki Yaradıcılıq
Mərkəzində əsaslı
təmir işləri
aparılmışdır. Qalan bütün təhsil müəssisələrində cari təmir işləri görülür.
Aparılan işlər göstərir
ki, rayonun bütün təhsil müəssisələri yeni
dərs ilinə hazırdır. Rayonun pedaqoji
kollektivlərində hökm
sürən əhvali-ruhiyyə
və işgüzarlıq
şəraiti yeni dərs ilində yeni uğurların qazanılacağından xəbər
verir.
***
Bakının Xəzər
rayonunda yerləşən
26 nömrəli
təhsil ocağı
3 mərtəbəli 1540 şagird yerlik iki tədris
binasından ibarətdir.
Yeni tədris binası
2006-cı ildə istifadəyə
verilib. Məktəbdə 2275 şagirdin təlim-tərbiyəsi
ilə 174 müəllim
məşğul olur.
Yay dövründə təxminən
25 şagird
məktəbə müxtəlif siniflərə qəbul edilib.
I siniflərə 200 nəfər uşağın qəbulu planlaşdırılıb. Bu günə qədər 110 nəfər uşağın valideyni müraciət edib. X siniflərə isə 90-100 nəfər şagirdin qəbulu nəzərdə tutulub.
Məktəbin direktoru Natiq Səmədovdan aldığımız məlumata görə, yeni dərs ilinə hazırlıqla bağlı artıq müəyyən işlər görülüb.
Köhnə tədris binasının bir hissəsinin dam örtüyü
(tol-rebroid)
dəyişdirilərək dəmirlə əvəz olunub.
Qalan hissə isə tol-rebroid olmaqla yenisi ilə əvəz olunacaq. Hər iki tədris
binasının sanitar
qovşağı dəyişdirilir.
Dəhlizlərin elektrik xətləri
və elektrik avadanlıqları müasirləri
ilə əvəz olunub. Məktəbdə
2 seçki məntəqəsi
var. Bununla əlaqədar
məntəqədə yerləşən
hissələrdə foye,
6 otaq, dəhlizlərin
bir hissəsi təmir olunub, 12 ədəd plastik pəncərə, 3 ədəd
qapı isə dəyişdirilib.
Təhsil ocağının
uğurlarına gəldikdə
ötən il
məktəbi 125 məzun
bitirmiş, onlardan 120
nəfəri ali təhsil müəssisələrinə
qəbul olmaq üçün sənəd
vermiş və 54 nəfəri isə tələbə adını
qazanmışdır. Məzunlardan bir nəfəri 660 bal, 12 nəfəri isə 500-600 arasında
bal toplamışdır.
***
Bu bir danılmaz həqiqətdir
ki, Yardımlı kimi ucqar bir dağ
rayonunda aparılan
məktəb tikintisi heç zaman indiki kimi belə
geniş vüsət almayıb. Təkcə onu demək kifayətdir ki, 2005-cı ildən başlayaraq Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana
yeni məktəb"
proqramı çərçivəsində
40 yeni məktəb binası tikərək şagird və müəllimlərin istifadəsinə
verib.
İstifadəyə verilmiş həmin məktəblər müasir
tələblərə cavab
verir. Binaların hər birinin istilik sistemi, sanitar qovşağı, idman zalı, kitabxanası var. Həmin təhsil ocağının
hər biri kompüter və mebel dəsti, latın qrafikası
ilə çap olunmuş ədəbiyyat və digər lazımi avadanlıqlarla təmin edilib.
Eyni zamanda ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən
hazırlanmış "Ümumtəhsil
məktəblərinin əsaslı
təmiri və yeni məktəb binalarının tikintisi üzrə Dövlət Proqramı"na (2008-2012-ci illər)
uyğun olaraq 6 məktəb binası dövlət vəsaiti hesabına, 1 məktəb
isə Fövqəladə
Hallar Nazirliyi tərəfindən tikilib
istifadəyə verilib.
Hazırda isə rayonun 5 kəndində Fövqəladə Hallar Nazirliyi tərəfindən
daha 5 məktəb
binası tikilir və onların yeni dərs ilinə kimi istifadəyə verilməsi
planlaşdırılıb.
Bütün bunlarla yanaşı, yeni dərs ili
qarşısında rayonun
15 məktəbində əsaslı,
digərlərində isə
cari təmir işləri aparılır.
Həmçinin şagirdlərin dərsliklərlə vaxtında
təmin olunması üçün əməli
işlər görülür.
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.5.