İlk peşə-ixtisas
təhsilinin statusunun yüksəldilməsinə hər
bir peşə təhsili müəssisəsi
öz töhfəsini
verməlidir
Ən inkişaf
etmiş dövlətlərin
təcrübəsi sübut
edir ki, yalnız təhsil sistemi yüksək
səviyyədə olan ölkələr hərtərəfli
tərəqqiyə nail olurlar.
Müasir qloballaşma əsrində
hər bir dövlətin, xalqın gələcək taleyi onun malik olduğu
elmi-intellektual və mənəvi potensialından,
yüksək səviyyəli
mütəxəssislər yetişdirmək
bacarığından çox
asılıdır. Bu potensial isə məhz təhsil sahələrində, xüsusən
də ilk peşə-ixtisas
təhsili ocaqlarında
yaradılır. Azərbaycanda milli təhsilimizin, o cümlədən texniki peşə təhsilinin inkişafı ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Bu, ölkəmizin
gələcəyi üçün
çox əhəmiyyətli
sahəni Avropa standartları səviyyəsinə
yüksəltmək, onun
beynəlxalq təhsil
sisteminə geniş inteqrasiyasına nail olmaq, iqtisadiyyatımızın müxtəlif
sahələri üçün
peşəkar mütəxəssislər
ordusunun yaradılması,
milli mənəvi dəyərlərə həssas
münasibət ümummilli
liderimizin çoxşaxəli
fəaliyyətinin əsas
istiqamətini təşkil
edib. Təhsil sahəsində ümummilli
liderimizin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev zamanın tələbinə uyğun
olaraq yeni məzmun və keyfiyyətdə uğurla
davam etdirir.
Bu gün Azərbaycanda
həyata keçirilən təhsil siyasətinin prioritet
istiqamətlərindən biri də peşə təhsili pilləsinin
modernləşdirilməsi və inkişafı, müasir tələblər
səviyyəsində kadr hazırlığı prosesini
sürətləndirməkdir. Azərbaycanda
müasir sosial-iqtisadi infrastrukturun yaradılmasında texniki
peşə təhsili müstəsna rol oynayır. Bu təhsil
pilləsinin məqsədi iqtisadiyyatımızın
bütün sahələri üçün bazar
iqtisadiyyatının tələblərinə uyğun sənət
və peşələr üzrə ixtisaslı kadr
hazırlığını təmin etməkdir.
Müstəqil
respublikamızın texniki peşə təhsilinin inkişafı
əsasən son dövrlərə təsadüf edir. Azərbaycan
iqtisadiyyatının dinamik və sürətli
inkişafı, möhkəm iqtisadi potensialın
yaradılması bu təhsil pilləsinə diqqəti daha da
artırıb. "Azərbaycan Respublikasında texniki peşə
təhsilinin inkişafi üzrə Dövlət Proqramı
(2007-2012-ci illər)"nın təsdiqindən sonra peşə
lisey və məktəblərinin fəaliyyətinin gücləndirilməsi,
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində təxirəsalınmaz tədbirlər həyata
keçirilmiş, Azərbaycan Respublikasında Texniki Peşə
Təhsilinin İnkişaf Konsepsiyası qəbul edilmişdir.
Hər iki mühüm sənəd islahat Proqramının tələblərinə,
dövlətimizin təhsil siyasətinə, həmçinin
YUNESKO-nun texniki peşə təhsili ilə əlaqədar
konseptual prinsiplərinə və inkişaf etmiş ölkələrin
mütərəqqi təcrübəsinə uyğun
hazırlanıb. Texniki peşə təhsili sistemində
maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni
iqtisadi münasibətlərin formalaşdırılması,
peşə təhsilinin ictimai statusunun yüksəldilməsi
və onun məzmununun müasir tələblər səviyyəsində
genişləndirilməsi Dövlət Proqramının
başlıca məqsədləridir. Proqram çərçivəsində
YUNESKO ilə birgə peşə təhsilinin təkmilləşdirilməsi
layihəsi uğurla həyata keçirilir, həmçinin
Avropa Təhsil Fondu, Böyük Britaniya, Avstriya, Cənubi
Koreya və digər inkişaf etmiş ölkələrin qabaqcıl şirkətləri
ölkəmizdə bu sahənin maddi-texniki bazasının
möhkəmləndirilməsinə öz köməklərini
göstərirlər.
1923-cü ildən fəaliyyət
göstərən və şərəfli tarixi yol
keçmiş 1 nömrəli Bakı Peşə Liseyi YUNESKO
ilə əməkdaşlıq yaratmış yeganə peşə
təhsili müəssisəsidir. Bu
əməkdaşlıq kompleks məsələləri -
həm tədrisin keyfiyyəti, həm də dünya irsinin
qorunması, ekoloji və digərlərini əhatə edir.
Liseyimiz bu gün və gələcəyimiz üçün
çox aktual olan neft-qaz, energetika sənayeləri
üçün peşəkar mütəxəssislər
hazırlayır. Liseydə texnoloji qurğu operatoru, kimyəvi
analiz laborantı-əmtəə operatoru, neft-qaz
çıxartma operatoru, elektrik ixtisasları üzrə kadr
hazırlığı həyata keçirilir ki, bu da Azərbaycanın
nəhəng neft-qaz ehtiyatlarına malik olduğunu nəzərə
alsaq olduqca mühüm əhəmiyyət daşıyır.
Liseydə texniki peşə
təhsilinin inkişafi üzrə Dövlət Proqramına və texniki peşə təhsilinin
İnkişaf Konsepsiyasına uyğun olaraq təlim-tərbiyə
metodikasını təkmilləşdirmək, maddi-texniki
bazanı möhkəmləndirmək, peşəkar kadr
hazırlığı işini günün tələbləri
səviyyəsinə yüksəltmək məqsədilə
mühüm və davamlı tədbirlər həyata
keçirilir. Bunun üçün liseydə nəzəri və
təcrübi baxımdan hər cür şərait
yaradılıb.
Laboratoriyalarda
quraşdırılmış texnoloji qurğular, eləcə
də tələbələrin
Neft-yağ emalı
zavodunda istehsalat təcrübəsi keçərək müasir texniki avadanlıqlarla,
mütərəqqi iş metodları ilə birbaşa təmasda
olması onların peşəkar mütəxəssis kimi
yetişməsində müstəsna əhəmiyyət
daşıyır.
1 nömrəli Bakı
Peşə Liseyində bütün ixtisaslar və fənnlər
üzrə metodiki komissiyalar fəaliyyət göstərir. Bu komissiyalar tədris plan və
proqramların müzakirəsi, "açıq dərs"lərin
keçirilməsi, tədris prosesində əyani-texniki vəsaitlərdən
istifadənin vəziyyəti, istehsalat təlimi dərslərində
yeni texnologiya və qabaqcıl iş üsullarının, eləcə
də interaktiv təlim metodlarının öyrənilməsi
və tətbiqi və digər məsələlərlə məşğul
olur. Liseyin şagirdlərinin respublika miqyaslı fənn
olimpiadalarında müntəzəm olaraq yüksək yerlər
tutması da görülən müsbət işlərin məntiqi
nəticəsidir. Bütün bunlar liseyimizdə texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramında qarşıya qoyulan " texniki
peşə təhsili sistemində yeni iqtisadi münasibətlərin
formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi"
vəzifələrinin uğurla həyata keçirilməsinə
və peşə təhsilinin məzmunca müasir standartlar səviyyəsində
yeniləşdirilməsinə, onun əmək bazarının
dəyişən tələbinə
uyğunlaşdırılmasına imkan verir. Təsadüfi
deyil ki, bizim liseydə təhsil
almaq istəyənlərin sayı
ilbəil artmaqdadır. Xatırlatmaq istərdim ki,
90-cı illərdə bu proses əks istiqamətdə gedirdi.
Bu faktın özü texniki peşə təhsilinin ictimai
statusunun tədricən yüksəlməsinin əyani təsdiqidir.
Dünyanın ən
inkişaf etmiş ölkələrinin təcrübəsi
sübut edir ki, müxtəlif fəaliyyət sahələri
üzrə yeni texnologiyalara yiyələnən kadrların
hazırlanması dövlətin hərtərəfli və
dinamik inkişafında həlledici amillərdəndir. Statistikaya
müraciət etsək görərik ki, Almaniya, Yaponiya, Fransa
və Cənubi Koreya kimi ən inkişaf etmiş dövlətlərdə
orta məktəb məzunlarının 40-60 faizi məhz texniki
peşə təhsili ilə əhatə olunur. Bizdə isə
bu göstərici cəmi 10-11 faizdir. Deməli, hələ
görüləsi işlər çoxdur. Hazırda texniki
peşə təhsili özünün yeni inkişaf mərhələsinə
daxil olub. Əminik ki, Azərbaycanın iqtisadi qüdrətinin
daha da güclənməsi və dünyadakı
nüfuzunun yüksəlməsi
texniki peşə təhsilinin daha da inkişafına, onun cəmiyyətdəki
yerinin və rolunun artmasına, ictimai statusunun yüksəlməsinə
gətirib çıxaracaqdır.
Zemfira CABBAROVA
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.5.