Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş 19.11.2007-ci il tarixli, 031973 N-li xüsusi razılığın (lisenziya) ləğv olunması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.04.2010-cu il tarixli, 479 N-li əmrinin icrası ilə bağlı 

 

ƏMR EDİRƏM:

 

1. Akkreditasiya şöbəsi (H.Zərbəliyev) və Hüquq sektoru (E.Həsənov) "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.5 bəndinə uyğun olaraq 3 gün müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən 19.11.2007-ci il tarixli, 031973 N-li lisenziyanın ləğv olunması barədə onun sahibinə, dövlət vergi xidməti orqanlarına və Ədliyyə Nazirliyinə məlumat hazırlasınlar.

2. Təhsil Nazirliyinin məlumat bankında adları olan, Moskva Dövlət Açıq Universitetinin Bakı filialında təhsil alan və təhsilini Azərbaycanda davam etdirmək istəyən tələbələrin aşağıda göstərilən ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri təmin edilsin:

- "tərcümə və tərcüməşünaslıq", "müəssisənin iqtisadiyyatı və idarəedilməsi" və "hüquqşünaslıq" ixtisaslarında təhsil alan tələbələr - "Odlar Yurdu" Universitetində;

- "idarəetmənin menecmenti" ixtisasında təhsil alan tələbələr - Bakı Biznes Universitetində;

- "dünya iqtisadiyyatı" ixtisasında təhsil alan tələbələr - Azərbaycan İctimai-Siyasi Universitetində;

- "avtomobil avtomobil təsərrüfatı" "ibtidai sinif müəllimliyi" ixtisaslarında təhsil alan tələbələr isə - Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetində.

3. Aparata (İ.Pirməmmədov) tapşırılsın:

3.1. Təhsil Nazirliyinin məlumat bankına uyğun olaraq filialda təhsil alan tələbələrin ixtisaslar kurslar üzrə adlı siyahısını müvafiq ali məktəblərə təqdim etsin;

3.2. Aidiyyəti özəl ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin köçürülməsi ilə bağlı əmrdən irəli gələn digər tədbirləri həyata keçirsin.

4. Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rəhbərliyi:

4.1. Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən 19.11.2007-ci il tarixli, 031973 N-li lisenziyanın əslini Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etsin;

4.2. 01.09.2010-cu il tarixə qədər filialda təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı Təhsil Nazirliyinə təqdim etsin;

4.3. Tələbələrin şəxsi işlərini qiymət kitabçasından çıxarışlarını rəsmi olaraq onların köçürüldükləri ali məktəblərə təqdim etsin.

5. Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

5.1. 2010-2011-ci tədris ili başlanana qədər tələbələrin şəxsi işlərini qiymət kitabçasından çıxarışlarını qəbul etsinlər onların tədrisə başlamasını təmin etsinlər;

5.2. Fəaliyyəti dayandırılan filialın pedaqoji kadrlarını imkan daxilində işlə təmin etsinlər.

6. Nazirliyin müvafiq idarə şöbələri bu əmrdən irəli gələn digər tədbirləri həyata keçirsinlər.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

27 avqust 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.2.