"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir

 

ABŞ-ın "Sülh korpusu" humanitar təşkilatı son illər ölkəmizdə məktəb tikintisi və təmirinə sanballı töhfələr verib. Təşkilat Bərdədə bir neçə məktəb və uşaq bağçasının tikinti və təmirini həyata keçirib. Son vaxtlar isə "Sülh korpusu"nun maliyyə dəstəyi ilə Bərdə şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında təmir işləri görülüb, 2 və 4 nömrəli şəhər orta məktəblərində informatikatexnologiya kabinetləri yaradılıb. 2 nömrəli orta məktəbdə basketbol meydançası tikilib.

Hazırda bu humanitar təşkilat Bərdə şəhər 2 nömrəli orta məktəb üçün 14 otaqlı əlavə korpusun tikintisini həyata keçirir. Tikinti işləri artıq başa çatmaqdadır. Yeni tədris korpusunun dərs ilinin ilk günündə açılması nəzərdə tutulub.

 

 

          Vaqif QASIMOV

 

          Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.5.