"Təhsil" Respublika
İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
Bu il avqustun14-dən 26-dək Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının
əldə etdikləri
qələbələr hər
birimizin qəlbində
qürur hissi oyatdı. 204 ölkənin
idmançılarının təmsil olunduğu bu oyunlarda respublikamız
fərqləndi, sözün
yaxşı mənasında
seçildi. 12 Azərbaycan idmançısından
8-i medalla (5 qızıl,
3 gümüş) Vətənə
qayıtdı. Həmin
qalib idmançılarımızdan
biri də "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt
filialının yetirməsi
Kənan Kamal oğlu Quliyevdir. Onu oxucularımızla daha yaxından tanış etmək, qələbə sevincini birlikdə paylaşmaq məqsədi ilə yolumuzu
"Təhsil" Respublika
İdman Mərkəzindən
saldıq.
Elə Kənanla da "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətovun kabinetində
görüşdük. Cəfər müəllim
Kənanın ümidverici
bir idmançı olduğunu deyərək, artıq ölkəmizdə
yeni nəsil idmançıların yetişdiyini
və onların parlaq gələcəyinə
inandığını bildirdi.
İdmançı ailəsində doğulan Kənan Quliyev elə məhz belə yeniyetmələrdən
biridir. Hazırda Xızı Rayon Uşaq-Gənclər
İdman Məktəbində
direktor müavini kimi fəaliyyət göstərən atası
Kamal Quliyev də uzun illər
idmanla məşğul
olub. Oğlunun idmana olan həvəsini görən
atası 2002-ci ildə
onu "Təhsil"
Respublika İdman Mərkəzinin Sumqayıt
filialına aparır.
Kənan
həmin vaxtdan taleyini idmanla bağlayır. Sərbəst güləşlə məşğul
olan Kənan bir neçə ildən sonra artıq tanınmağa başlayır, əldə
etdiyi nailiyyətlərin
sayı getdikcə artır. Belə ki, idmançımız
2009-cu il 16-18 yanvar tarixlərində Bakı şəhərində
keçirilən 20 Yanvar
şəhidi Müşviq
İsayevin xatirəsinə
həsr olunmuş beynəlxalq turnirdə I yerə, elə həmin il 14-16 fevral tarixlərində paytaxtımızda keçirilən
yeniyetmələrin Azərbaycan
birinciliyində III yerə
layiq görülüb.
2009-cu il 15-17 mart tarixlərində Belarusda sərbəst güləş
üzrə keçirilən
beynəlxalq turnirdə
uğurla iştirak edən Kənan I yeri tutur. 2010-cu il isə
Kənanın idman karyerasında xüsusilə
yaddaqalan hadisələrlə
zəngindir. Respublikamızda, eləcə də
bir sıra xarici ölkələrdə
keçirilən yarışlarda,
beynəlxalq turnirlərdə
yüksək nəticələr
göstərən idmançımız
ən böyük qələbəsinə bu
ilin avqustunda Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında imza atdı. Olduqca gərgin keçən oyunlarda uğurla çıxış edərək
II yerə layiq görüldü. Vətənə gümüş medalla dönən Kənan mötəbər yarışın
qalibi olmasından sevinc hissi keçirdiyini
bildirdi. Bunu həm
özünün, həm
də bütövlükdə
Azərbaycanın uğuru
hesab etdiyini söyləyən Kənan
əldə etdiyi idman nailiyyətlərində
respublikanın əməkdar
məşqçisi Rövşən
Süleymanovun böyük
zəhməti olduğunu
qeyd etdi. Ona hər zaman
dəstək olan atasına, "Təhsil"
Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətova,
mərkəzin Sumqayıt
filialının direktoru
Bilal Məmmədova bir daha təşəkkür
etdi.
Onun yaddaşında
əbədi həkk olunan hadisənin ölkə başçısı
cənab İlham Əliyev tərəfindən avqustun
30-da Sinqapurda keçirilən
Yeniyetmələrin I Yay
Olimpiya Oyunlarında iştirak etmiş idmançıların və
mütəxəssislərin qəbul edilməsi olduğunu deyən Kənan bu şərəfə
nail olmasından bir yeniyetmə kimi qürur və iftixar hissi keçirdiyini
söylədi. Həmin
günün onun üçün xoş xatirəyə çevrildiyini
dedi. Kənan ölkəmizdə idmanın inkişafı üçün çox böyük işlər görüldüyünü, yeniyetmə
və gənclərimizin
idmanın demək olar ki, bütün
sahələrinə meyil
və maraq göstərdiklərini qeyd
etdi. Kənan Quliyev idmançılarımızın
beynəlxalq olimpiya oyunlarında əldə etdikləri ən yüksək nəticələrə
görə onların
və məşqçilərinin
ölkə Prezidenti tərəfindən mükafatlandırılmasını
yeniyetmə və gənclərə olan diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu dedi. O, idmançılar adından ölkə başçısı cənab
İlham Əliyevə
öz dərin təşəkkürünü bildirdi.
Bütünlüklə həyatını
idmanla bağlayan Kənanın ən böyük arzusu Azərbaycanın tanınmış güləşçisi
olmaq, ölkəmizi bütün dünyada layiqincə təmsil etməkdir.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.7.