Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb

 

AzərTAc xəbər verir ki, Qafqaz Universitetində bu ali məktəbin Almaniyanın Siegen Universiteti ilə birgə təşkil etdiyi "Yay məktəbi" başa çatmışdır.

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə keçirilən "Yay məktəbi"ndə Azərbaycan, Almaniya, Gürcüstan  və  Qazaxıstandan  olan  tələbələr  iştirak  etmişlər.

Qafqaz Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Yay məktəbi"ndə tələbələrə Cənubi Qafqaz və Mərkəzi Asiyanın tarixi, o cümlədən Azərbaycan, onun mədəniyyəti, incəsənəti və s. barədə ətraflı məlumatlar verilmişdir.

İştirakçılar Bakının, eləcə də Quba və Şəki rayonlarının görməli yerləri ilə də tanış olmuşlar.

"Yay məktəbi"nin başa çatması ilə əlaqədar Qafqaz Universitetində keçirilən mərasimdə çıxış edən Almaniyanın Siegen Universitetinin professoru Gerd Morgenthaler iştirakçıları təbrik etmiş, onlara uğurlar arzulamışdır.

"Yay məktəbi"nin iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

 

 

Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.7.