Monitorinq və qiymətləndirmə
2009-2010-cu dərs ilində
mərkəzləşdirilmiş qaydada
keçirilmiş buraxılış imtahanlarının
nəticələri barədə
Artıq ikinci ildir ki, respublikanın ümumtəhsil müəssisələrinin buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Məlumdur ki, keçirilən hər bir qiymətləndirmə toplanmış məlumat kimi monitorinqin obyektinə çevrilir. İki dərs ili ərzində keçirilən eyni məqsədli qiymətləndirmə monitorinqin bütün istiqamətlərini əhatə edə bilməsə də, təhlilə, müşahidəyə imkan verir. Təbiidir ki, bu cür monitorinq hələ ki, inzibati müşahidə kimi təsviri və qismən də analitik xarakterli olub monitorinqin vacib üç mərhələsindən yalnız ikisini-məlumatların toplanması və təhlili prosesini ehtiva edir.
2009-2010-cu dərs ilində ilk dəfə olaraq ümumtəhsil məktəblərinin IX siniflərinin də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilib. Bu imtahanlarda IX siniflərdə təhsil alan 133772 şagirdin 128140 nəfəri, yəni 95,79%-i iştirak etmişdir. Bunlardan 113395 nəfəri, yəni 84,77%-i imtahanlardan müsbət qiymət almışdır. IX siniflərdə keçirilmiş buraxılış imtahanları birillik təcrübəyə malik olduğundan nəticələrin müqayisəli təhlili məqsədəuyğun deyil.
XI siniflər üzrə
91968 şagirdin
88852 nəfəri, yəni
96,61%-i imtahanda iştirak
etmişdir. Bunlardan
74933-ü, yəni 84,33%-i
müsbət qiymət
almışdır.
XI sinfin buraxılış
imtahanlarının nəticələrinə
görə
respublikanın 451 məktəbinin,
yəni məktəblərin
ümumi sayının
14,65%-nin şagirdləri 100%, 587 məktəbinin,
yəni 19,07%-nin şagirdləri 90-100% arasında
müvəffəqiyyət qazanmışlar.
Buraxılış imtahanlarında
yüksək
nəticə göstərən məktəblər,
nazirliyin tabeliyində olan liseylər, özəl və ali məktəblərin nəzdində fəaliyyət
göstərən məktəblər,
eyni zamanda Sumqayıt, Bakının Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail rayonlarının
və Mingəçevir şəhərinin
məktəbləridir.
Astara, Gədəbəy,Yardımlı, Masallı
və Cəlilabad rayonlarının
ümumtəhsil məktəbləri buraxılış
imtahanlarında aşağı
nəticələr göstərmişdir.
Eyni zamanda qeyd edək
ki, həmin rayonların nəticələri
keçən illərlə
müqayisədə 7 faiz
artmışdır.
Təəssüfləndirici haldır
ki, Kəlbəcər
rayonunun 70 nömrəli
ümumtəhsil məktəbi,
Şamaxı rayonunun Keçmədin və Nüydü kənd, Gədəbəy rayonunun Günəşli kənd,
Göygöl rayonunun Dozular kənd S.Bayramov adına, Zəngilan rayonunun 31 nömrəli, Yardımlı rayonu Qaraqaya kənd, Masallı rayonu Rudəkənar kənd A.Qurbanov adına ümumtəhsil məktəbləri "0" faiz
nəticə göstərmişdir.
Qeyd edək ki, Kəlbəcər
rayonunun 70 nömrəli
ümumtəhsil məktəbi
istisna olmaqla adıçəkilən məktəblərin
müvəffəqiyyət göstəricisi keçən dərs ilinin nəticələri ilə
müqayisədə aşağı
düşmüşdür.
Buraxılış imtahanlarının nəticələrinə
görə müvəffəqiyyət
göstərməyən məktəblərin
fəaliyyətinin müvafiq
təşkilatların nəzarətində
olacağı təqdirdə
həmin ümumtəhsil
müəssisələrində təhsilin səviyyəsinin
yüksəldilməsinə nail olmaq mümkündür.
Qeyd edək ki, keçən dərs ilində də çox aşağı nəticələr
göstərən ümumtəhsil
məktəblərinin fəaliyyəti
və vəziyyəti
təhlil edilərkən
aydın olmuşdu ki,
onların maddi-texniki bazası heç də yaxşı nəticə göstərmiş
məktəblərdən pis səviyyədə deyil və müəllimlərin pedaqoji göstəriciləri də
qənaətbəxşdir. Deməli, səbəbi məktəbin
maddi-texniki durumunda deyil, onun fəaliyyətində
axtarmaq lazımdır.
Əməli nəticə
əldə etmək üçün araşdırmaları
bu il daha
geniş şəkildə
aparmaq nəzərdə tutulub və bu məqsədlə
ilk addım kimi rayon təhsil
şöbələrinə məktəblərin maddi-texniki
bazası, rəhbərliyi, siniflərin sayı, siniflərdəki şagirdlərin
sayı, müəllim
heyəti (onların hazırlıq səviyyəsi,
bitirdiyi ali məktəb, son illər ərzində keçdiyi təkmilləşdirmə
kursları və s.) haqqında məlumatların hazırlanması
barədə göstəriş
verilib. Eyni zamanda həmin məktəblərdə nümunəvi
"açıq dərs"lərin nümayiş etdirilməsi, təlimlərin
keçirilməsi, fənn
müəllimlərinin ixtisasartırma
kurslarna cəlb olunması planlaşdırılır.
2009-2010-cu dərs ilinin
buraxılış imtahanlarının nəticələrinin
nazirliyin tabeliyində olan ümumtəhsil məktəbləri
əsasında aparılan təhlili
göstərir ki, ayrı-ayrı fənlərin
mənimsənilməsi üzrə nəticələr də müxtəlifdir.
Xüsusi təmayüllü
məktəblərin nəticələri də ayrı-ayrı fənlər
üzrə kəmiyyət
və keyfiyyət təhlilinə cəlb edilib. S.Bəhlulzadə adına Xarici dillər təmayüllü
gimnaziyanın xarici dil, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin fizika və riyaziyyat,
Kimya-biologiya təmayüllü
liseyin kimya və biologiya fənləri üzrə təhlillərin nəticələri
göstərir ki, xüsusi tədris edilən fənlərə
diqqət daha da artırılmalıdır.
Mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının
keçirilməsində dörd-beş illik təcrübəyə malik
olan rayonların fənlər üzrə göstəriciləri respublikanın
orta göstəriciləri
ilə müqayisədə
aşağıdakı kimi
olmuşdur:
Monitorinqin müxtəlif
istiqamətlər və
fənlər üzrə təhlillərə
əsaslanan nəticələri qəzetin
"Monitorinq və qiymətləndirmə " rubrikasında təqdim ediləcək.
Təranə HACIYEVA
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.4.