"Ümumi təhsil
müəssisəsinin Pedaqoji
Şurası
haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
1.
"Ümumi təhsil
müəssisəsinin Pedaqoji
Şurası haqqında
Əsasnamə" təsdiq
edilsin (əlavə olunur).
2. Təhsil
Nazirliyinin "Ümumtəhsil
məktəbinin pedaqoji
şurası haqqında
Əsasnamənin təsdiq
edilməsi haqqında"
20 aprel 1994-cü il tarixli, 244 nömrəli əmri qüvvədən düşmüş
hesab edilsin.
3. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin
əlavəsi ilə birlikdə "Azərbaycan
müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını
təmin etsin.
4. Ümumi
şöbə (A.Nəbiyev)
əmrin əlavəsi
ilə birlikdə çoxaldılıb yerlərə
göndərilməsini təmin
etsin.
5.
Əmrin icrasına
nəzarət nazir müavini İ.İsgəndərova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
19 noyabr
2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.2.