Uşaq
və yeniyetmələrin elmi-texniki
yaradıcılıq
müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədilə
ƏMR EDİRƏM:
1. 2011-ci ilin yanvar-mart aylarında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli kömək göstərsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin keçirilməsi ilə əlaqədar tələb olunan xərclərin nazirliyin mərkəzləşdirilmiş vəsaitlərinin xərclər smetasından ödənilməsini təmin etsin və bu vəsaitin xərclənməsi üçün xərclər smetasını hazırlayıb təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim etsin.
6. Zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri, idarələri tərəfindən ödənilsin.
7. Zonalar üzrə müsabiqənin
təşkili və keçirilməsinə əməli
köməklik göstərilməsi
məqsədilə yerlərə
ezam olunacaq əməkdaşların ezamiyyə
xərcləri müsabiqənin
xərclər smetası
əsasında ödənilsin.
8. Ümumi şöbə
(H.Məhərrəmova) əmr
və əlavələrin
çoxaldılıb yerlərə
göndərilməsini təmin
etsin.
9. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmri
"Azərbaycan müəllimi"
qəzetində dərc
etdirsin.
10. Əmrin
icrasına nəzarət
nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
24 noyabr
2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.2.