"Azərbaycanca-ingiliscə-rusca

 frazeoloji lüğət"in təqdimatı olub

 

Dekabrın 1-də Bakıdakı "Park İNN" otelinin konfrans zalında Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru  Nigar Vəliyevanın "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"inin təqdimat mərasimi keçirildi. Tədbirdə elm adamları, Milli Məclisin üzvləri başqaları iştirak edirdilər.  Hər biri 988 səhifədən ibarət olan II cildlik lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulub.  Təqdimat mərasimini giriş sözü ilə açan professor N.Vəliyeva qonaqları salamlayaraq  dəvəti qəbul etdiklərinə görə onlara  təşəkkürünü bildirdi. O, lüğət haqqında məlumat verərək bildirdi ki, müasir ingilis, Azərbaycan rus dillərində frazeoloji birləşmələrin müqayisəli araşdırılması bir neçə cəhətdən əhəmiyyətlidir.

 

Bu araşdırma  dillərin qanunauyğunluqlarını müəyyənləşdirməyə, onun semantik inkişafı haqqında düzgün təsəvvür əldə etməyə kömək edir. Kitabda ilk dəfə olaraq ingilis, Azərbaycan rus dillərində frazeoloji birləşmələr toplanılıb, sistemə salınıb, bir-birindən uzaq  müxtəlif sistemli dillərə məxsus olan belə leksikləşmiş vahidlər tipoloji-linqvistik cəhətdən təhlil edilir. Lüğət frazeoloji söz birləşmələri, ifadələri, məsəllər atalar sözləri  əsasında tərtib edilib. Kitabda 90 mindən artıq frazeoloji vahid vardır.

Sonra söz təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynovaya verildi. İradə xanım iştirakçıları Təhsil Nazirliynin rəhbərliyi hörmətli nazir Misir Mərdanovun adından salamladı. Çıxışını ulu öndər Heydər Əliyevin " Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" sözləri ilə başlayan professor İ.Hüseynova kitabın Azərbaycan dilçilik elminə dəyərli töhfə olduğunu gələcək nəsillərin bundan maksimum faydalanacaqlarına ümidvar olduğunu bildirdi. Nazir müavini qeyd etdi ki, son dövrdə Azərbaycan dilinin nüfuzlu təşkilatlarda işlənməsi bu dilə beynəlxalq münasibətlər müstəvisində böyük dəyər verilməsi ümummilli lider Heydər Əliyevin çoxşaxəli, gərgin əməyinin nəticəsidir. İradə xanım qeyd etdi ki, ümummilli liderimizin bu müdrik siyasətini hörmətli Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva davam etdirərək, milli adət-ənənələrimizin, mənəvi dəyərlərimizin inkişafına böyük diqqət qayğı göstərirlər. Bildirildi ki, doğma dilimiz olan Azərbaycan dili ilə yanaşı, xarici dillərin öyrənilməsi dövlətçiliyimiz üçün mühüm strateji əhəmiyyət kəsb edir. Beynəlxalq səviyyədə siyasət aparmaq, Azərbaycan reallıqlarını, haqq səsimizi dünyaya çatdırmaq üçün xarici dillərin akademik səviyyədə öyrənilməsi milli strategiyamıza xidmət edən vacib amillərdən biridir. Bu baxımdan filologiya elmləri doktoru, professor Nigar xanım Vəliyevanın bu gün təqdimatına yığışdığımız "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"i böyük əhəmiyyət səciyyə daşıyır.

İradə Hüseynova  bildirdi ki, dilin lüğət tərkibini təşkil edən sözlərin həqiqi mənaları ilə yanaşı, məcazi mənaları da var ki,  bu səbəbdən xalqın milli yaddaşından süzülüb gələn frazeologizmlərin müqayisəli şəkildə araşdırılması müxtəlif sistemli dillərdə frazeoloji birləşmələrin  yaranması prosesinin elmi nöqteyi-nəzərdən öyrənilməsinə imkan verir. Nazir müavini Azərbaycan,ingilis,rus dillərində frazeoloji birləşmələrin artırılmasını son dərəcə əhəmiyyətli məsələlərdən biri olduğunu qeyd etdi. İngilis rus dilləri təkcə xarici dil kimi deyil, diplomatiya dili,siyasət dili, işgüzar əlaqələr millətlərarası ünsiyyət dili kimi  öyrənilməlidir. Son illərdə müxtəlif sistemli dillərin frazeoloji leksikasının araşdırılmasına diqqət artsa da, irihəcmli  frazeoloji lüğət tərtib olunmamışdır. Frazeoloji birləşmələr, atalar sözləri zərb-məsəllərin müxtəlif dillərdə çox zaman dəqiq qarşılığı olmadığı üçün, onların öyrənilməsi prosesində müxtəlif maneələr qarşıya çıxırdı. Bu cəhətdən  xarici dilləri öyrənənlər üçün sözügedən lüğətin xüsusi əhəmiyyəti mənası vardır.

 İradə Hüseynova təhsil nazirinin müavini eyni zamanda uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olan tarixçi alim pedaqoq kimi lüğətin xüsusi olaraq praktiki əhəmiyyətindən söz açaraq bildirdi ki, lüğət tədris prosesində bir neçə dil öyrənənlərə, magistrant dissertantlara, filoloq tərcüməçilərə, jurnalist adamlarına, eləcə bir çox şəxslərə yardımçı olacaq. O, kitabı tərtib edən müəllifə bu lüğətin ərsəyə gəlməsində əziyyət çəkən şəxslərə yeni yaradıcılıq uğurları arzu etdi.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov kitabın əhəmiyyətindən söz açaraq belə bir lüğətin məhz ADU-nun professoru tərəfindən hazırlanmasını ikiqat sevinc hissi ilə qarşıladığını gələcəkdə belə layihələrin həyata keçməsi üçün təhsil ocağının çalışacağını bildirdi. O, N.Vəliyevanın gənc olduğunu bundan sonra da Azərbaycan dilçilik elminə böyük töhfələr verəcəyinə əminliyini ifadə etdi.

Kitab haqqında fikirlərini bildirən  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov son illərdə müxtəlif sistemli dillərin frazeoloji leksikasının araşdırılmasına diqqətin artdığını, amma ingilis, Azərbaycan rus dillərində irihəcmli frazeoloji lüğətin bu günə qədər  tərtib olunmadığını qeyd etdi, frazeoloji birləşmələrin ilk dəfə olaraq geniş tərtibatda oxuculara təqdim olunmasını sevindirici təqdirəlayiq hal kimi qiymətləndirdi.

Digər çıxış edənlər kitab onun müəllifi  haqqında dəyərli fikirlər xoş sözlər söylədilər.

 

Niyazi RƏHİMOV

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.3.