Yeni məktəblərimiz
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Ağstafa rayonu Qıraq Kəsəmən kəndində orta məktəb üçün yeni bina tikilmiş, 15 sentyabr 2010-cu ildə müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
İkimərtəbəli, 360 şagird yerlik məktəb binasının həyətində qazanxana, su anbarı tikilmiş, transformator quraşdırılmış, istilik xətləri çəkilmişdir. Hazırda məktəbdə fizika, kimya laboratoriyaları, kompüter otağı fəaliyyət göstərir. Məktəbdə günün tələblərinə cavab verən idman zalı, müəllimlər otağı, kitabxana və bufet var.
Müasir tələblərə
cavab verən tədris korpusunun genişliyi dərsləri
bir növbədə aparmaqla, beşgünlük
iş həftəsinə
keçməyə imkan
vermişdir.
ƏDALƏT
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.1.