"Təhsil nailiyyətlərinin
qiymətləndirilməsi
üzrə magistratura proqramı"
Dekabrın 2-də Təhsil
Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsində Dünya
Bankının dəstəyi
ilə "Təhsil
nailiyyətlərinin qiymətləndirilməsi
üzrə magistratura
proqramı" mövzusunda
tədbir keçirdi.
Tədbirdə Təhsil
Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsinin əməkdaşları,
pedaqoji fakültənin
professor - müəllim heyəti
və qonaqlar iştirak edirdilər.
ADPU-nun pedaqoji fakültəsinin
dekanı, professor Fərrux
Rüstəmov tədbirin
əhəmiyyətindən danışaraq bildirdi ki,
qiymət müəllimin
öyrənənin şəxsiyyətinə
təsir göstərmək,
onu təlimə istiqamətləndirmək və
motivləşdirmək məqsədilə istifadə etdiyi çox qüvvətli amildir.
Obyektiv qiymət təhsilalanda adekvat özünüqiymətləndirmə
və öz fəaliyyətinə, onun
nəticələrinə tənqidi
münasibət formalaşdırır. Müasir
dövrdə ali təhsil sistemində pedaqoji sistemin bütün elementlərini aşkarlamağa
imkan verən diaqnostik texnologiyaların yaradılması sahəsində
ciddi axtarışlar aparılır.
Professor Fərrux Rüstəmov
onu da əlavə
etdi ki, respublikada ilk dəfə pedaqoji fakültənin ibtidai sinif müəllimi
ixtisasında "Təhsil nəticələrinin
qiymətləndirilməsi" fənni 30 saat həcmində tədris olunur və universitetdə "Azərbaycan Respublikasının
ümumi təhsil sistemində qiymətləndirmə
konsepsiyası", təlim-
tərbiyə prosesində
monitorinq və qiymətləndirmə və
s. öyrədilir.
Dünya Bankının beynəlxalq məsləhətçisi Algirdas Zabulionis sözügedən proqram barəsində ətraflı çıxış etdi və təhsil nailiyyətlərinin qiymətləndirilməsi sahəsində elmi- nəzəri yanaşmaları və onun xüsusiyyətlərini şərh etdi. Həmçinin təhsildə qiymətləndirmə üzrə magistratura proqramlarının ümumi məqsədlərini söylədi . Təhsil üzrə bakalavriat məzunlarına təklif edilən ikiillik magistratura kursu təhsildə nailiyyətlərin qiymətləndirilməsinin əsas prinsiplərini dərk etməyə imkan yaradır.
Tədbirdə ADPU-nun professoru Seyidağa Həmidov, dosent Yaqut Rzayeva, fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Tariyel Talıbov və başqaları çıxış etdilər.
Tədbir diskussiya formasında başa çatdı.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.3.