"Nəzəriyyədən praktikaya dövrün tələbidir"
mövzusunda elmi-praktik konfrans
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının birgə təşkilatçılığı ilə "Nəzəriyyədən praktikaya dövrün tələbidir" adlı elmi-praktik konfrans keçirildi.
Konfransı giriş
sözü ilə filialın direktoru,
professor Orucəli Rzayev
açaraq, ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli
fərmanı ilə yaradılmış AMİ-nin
Mingəçevir filialı
və onun son illərdəki uğurları
haqqında məlumat verdi. Bildirildi ki, regionun qabaqcıl ali təhsil
müəssisələrindən sayılan Mingəçevir
filialında bu gün riyaziyyat və informatika, riyaziyyat və fizika, ibtidai sinif müəllimliyi, İngilis dili, Azərbaycan dili və ədəbiyyat ixtisasları üzrə
600-dən artıq tələbə
təhsil alır.
Konfransda Mingəçevir
Şəhər İcra
Hakimiyyəti başçısının
birinci müavini İlham İsmayılov,
AMEA-nın Fizika-Riyaziyyat
və Texnika elmləri bölməsinin
akademik katibi, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Akif Hacıyev, AMEA-nın Radiasiya Problemləri İnstitutunun
direktoru Adil Qəribov, Nəsirəddin
Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru
Əyyub Quliyev və başqaları çıxış etdilər.
Konfrans öz işini bölmələrdə davam
etdirdi. Bölmələrdə ümumilikdə 17 məruzə dinlənildi.
Sonra bölmə rəhbərləri
öz hesabatlarını
təqdim edərək
müzakirə olunan məsələlərin səmərəliliyini
daha da artırmaq
üçün rəy
və təkliflərini
bildirib, bu kimi konfransların mütəmadi keçirilməsinin
məqsədəmüvafiq olduğunu qeyd etdilər.
Sonda konfrans iştirakçıları AMİ-nin Mingəçevir filialının kompüter
mərkəzi, laboratoriya
və kabinetləri ilə
R.ZİYADOV
Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.5.