Berlində Azərbaycan elm

mədəniyyət həftəsi açılıb

 

Berlində Azərbaycan elm mədəniyyət həftəsi başlanmışdır. Həftənin təntənəli açılış mərasimi Almaniya paytaxtının tarixi hissəsində yerləşən "Gendarmenmarkt" meydanındakı məşhur "Konzerthaus Berlin" konsert zalında olmuşdur. Mərasimdə hər iki ölkənin elm mədəniyyət xadimləri, görkəmli siyasətçilər, hökumət üzvləri, diplomatlar, habelə Avropanın bir sıra ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Mərasimdə giriş nitqi söyləmiş Humbold Universitetinin rektoru Yan-Hendrik Olberts Almaniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində bu cür tədbirlərin böyük əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu həftə ikitərəfli münasibətlərin sürətli inkişafına müsbət töhfə verəcəkdir. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov, Azərbaycanın təhsil naziri, professor Misir Mərdanov, AFR federal təhsil    elmi  tədqiqatlar  naziri,  professor Annete Şavan Humbold Universitetində yeni açılan "Azərbaycan tarixi" kafedrasına rəhbərlik edəcək  professor  Eva-Mariya  Aux  da tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Xüsusi qeyd etməliyik ki, Almaniyada bu il keçirilən Azərbaycan elm   mədəniyyət  həftəsi bu  əlamətdar hadisə ilə eyni vaxta düşmüşdür həftənin proqramının  ən  mühüm  bəndi  məhz  həmin  kafedranın  təntənəli  şəkildə  açılmasıdır.

Mərasimin təntənəli hissəsindən sonra konsert olmuşdur. Konsertdə Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun almaniyalı maestro Ulrix Rilinin rəhbərliyi ilə "Berlin Classic Players" kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Aqşin Əlizadənin əsərləri səslənmişdir.

Açılış mərasimi başa çatandan sonra təntənəli qəbul olmuşdur. 

 

Vüqar SEYİDOV

Azərbaycan  müəllimi.- 2010.- 3 dekabr.- S.1.