ADU-da almaniyalı

professorla görüş

 

Azərbaycan Dillər Universitetində Almaniyanın Frayburq Universitetinin professoru Hans Verner-Huneke ilə görüş oldu.  Alman dilinin leksikologiyası üslubiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə dosent Sevinc Rzayeva çıxış edərək rəhbərlik etdiyi kafedra onun fəaliyyəti barədə almaniyalı professora geniş məlumat verdi. Almaniya universitetləri ilə əlaqələrdən danışan S.Rzayeva Frayburq Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdi. 

Almaniyalı professor Hans Verner-Huneke çıxışında çalışdığı Frayburq Universiteti  onun fəaliyyətinə toxundu. Almaniyanın Baden-Vurtemberq əyalətində yerləşən Frayburq Universitetinin qədim universitetlərdən biri olduğunu deyən Hans Verner-Huneke bildirdi ki, çalışdığı ali təhsil ocağının əsası 1457 -ci ildə qoyulub.  İlk dövrlərdə universitetdə 4 fakültə mövcud idisə, hazırda bunların sayı 11-ə çatıb.

Frayburq Universitetinin beynəlxalq əlaqələrindən danışan Hans Verner-Huneke ali təhsil ocağının Amerikanın, eləcə Avropanın tanınmış universitetləri ilə əməkdaşlıq etdiyini vurğuladı. Professor bildirdi ki,  universitet  beynəlxalq layihələr təqaüd proqramları təqdim edir, DAAD proqramı ilə birlikdə hər il xarici tələbələrin Almaniyada təhsildə kurslarda iştirak edə bilmələri üçün təqaüd proqramı hazırlayır. Yalnız tələbələrə deyil, həmçinin doktorant alimlər üçün qısa uzunmüddətli təqaüd proqramları təqdim edir.

 Sonra Alman dilinin leksikologiyası üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı qarşılıqlı əməkdaşlıq məsələlərindən danışdı.  O,  müxtəlif mövzuları əhatə edən dissertasiya işlərinin yazılması hər iki universitetin işlərin müdafiəsi prosesində yaxından  iştirakının zəruriliyini vurğuladı. Alman dilinin tərcüməsi kafedrasının əməkdaşı Yusif Savalan alman dilində yazdığı şeirlərdən parçalar söylədi.

Daha sonra Hans Verner-Huneke  görüş iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Sonda Alman dilinin leksikologiyası üslubiyyatı kafedrası adından  Frayburq Universitetinin professoruna hədiyyə təqdim olundu. 

 

ADU-nun Mətbuat xidməti

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.4.