Amerikalı qonaqlar Lənkəran

Dövlət Universitetində

 

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin nümayəndələri Lənkəran Dövlət Universitetində olmuşlar. Tələbələrlə keçirilən görüşü universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq qonaqlara ali məktəbin fəaliyyəti barədə məlumat vermişdir.

Monterey şəhər merinin müavini Cefri Haferman ABŞ-ın təhsil sistemindən, təmsil etdikləri şəhərin elm, təhsil müəssisələrindən söhbət açmış, tələbələri maraqlandıran suallara cavab vermişdir. Monterey şəhər meriyasının üzvü, xanım Nensi Selfric  Lənkərana gəlişindən məmnun qaldığını söyləmiş, minnətdarlığını bildirmişdir.

Görüşdə qeyd edilmişdir ki, Monterey Lənkəran  şəhərlərini dostluq mədəni əlaqələr birləşdirir. Qardaşlaşmış iki şəhər arasında iqtisadi, mədəni təhsil sahəsində əlaqələrin, tələbə mübadiləsinin vacibliyindən danışılmış, fikir mübadiləsi aparılmışdır.

Sonra qonaqlar universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyinə baxmış, xatirə kitabına ürək sözlərini yazmışlar.

 

Hacı Etibar ƏHƏDOV

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.4.