Beynəlxalq konfrans

başa çatdı

 

Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyi, "Azəriqazbank", "Azərsun" Şirkətlər Qrupu "British Council"in dəstəyi ilə "Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji ədəbi aspektlər" mövzusunda  ikigünlük  beynəlxalq elmi konfrans 26 noyabrda öz işini yekunlaşdırdı. ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasındakı bağlanış mərasimində elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov keçirilən konfransın əhəmiyyətindən danışdı.

Sonra bölmə rəhbərləri hesabatlarında müzakirə etdikləri məsələlərin səmərəliliyini daha da artırmaq üçün bir sıra rəy təkliflərini bildirdilər bu cür konfransların mütəmadi keçirilməsinin məqsədəmüvafiq olduğunu qeyd etdilər.   Beynəlxalq konfransın xaricdən olan nümayəndələrinə sertifikat təqdim edildi. Sonda  konfransın yekun sənədi qəbul edildi.

Konfrans çərçivəsində 4 bölmədə 250-yə yaxın məruzə dinlənildi.   Bu məruzələr dil, mədəniyyət, kulturologiya, tərcümə, informasiya, qarşılıqlı əlaqələr digər sahələri özündə əks etdirirdi.

 

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.4.