Turin şəhərində Avropa
Təlim Fondunun İdarəetmə
Şurasının iclası
keçirilib
Noyabrın 23-24-də Avropa Təhsil Fondunun təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib. İclasa Avropa Birliyinə üzv olan ölkələrlə yanaşı, Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə - Azərbaycan, Türkiyə və İordaniyanın nümayəndələri də dəvət edilmişlər. Sevindirici haldır ki, Avropa Təlim Fondunun Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov seçilib. Fondun proseduruna əsasən müşahidəçi ölkə kimi qəbul olan üzvlər insan resurslarının inkişafı üzrə təşəbbüslərlə bağlı AQS ölkəsinin mövqeyini bildirməkdə və iş proqramlarının hazırlanmasında məsləhətçi rolunu oynayacaqlar.
Ş.CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.4.