"Elektron məktəb"
layihəsi çərçivəsində
videozəng funksiyası tətbiq olunur
Azərbaycan
Təhsil Şəbəkəsinin (AzEduNet)
rəhbəri Səməd
Abbasovun bildirdiyinə
görə, "Elektron
məktəb" layihəsi çərçivəsində məktəblərə kommunikasiyaları daha effektli şəkildə
qurmağa imkan verən videozəng funksiyası tətbiq olunur.
Bu layihə "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" çərçivəsində Bakı, Sumqayıt və digər şəhərlərin 30 məktəbində reallaşdırılır. Sözügedən layihə çərçivəsində AzEduNet ən qabaqcıl CİSCO texnologiyalarını tətbiq edir. Məktəblər şəbəkəyə fiberoptik kabel ilə qoşulur. Məktəblərdə CİSCO avadanlığı və videozəngli İP - telefoniya sistemi quraşdırılır. AzEduNet bu il tədris prosesində keyfiyyətli videonun (SD/HD/ FullHD) geniş şəkildə istifadəsi üçün şərait yaradacaq videotexnologiyaların pilot tətbiqini planlaşdırır. AzEduNet şəbəkəsi vasitəsilə çoxnöqtəli videokonfransların, interaktiv videokommunikasiyaların və s. keçirilməsi mümkün olacaq.
S.SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.5.