Kimsəsiz yeniyetmələr
üçün
"Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
"İnsan hüquqları
XXI əsr - Azərbaycan"
Fondu icrasına başladığı "Kimsəsiz
yeniyetmələr üçün
sosial inteqrasiya imkanları yaradaq" layihəsi çərçivəsində
Mərdəkandakı 2 nömrəli
internat-məktəbdə "Avropa gecəsi" adlı mədəni tədbir keçirmişdir.
Fonddan AzərTAc-a
bildirmişlər ki, Avropa Gənclər Fondunun (AGF) maliyyə dəstəyi ilə reallaşdırılan tədbirin
məqsədi AGF-nin gənclərlə bağlı
müxtəlif proqramları,
Avropa Şurasının
ümumi məqsəd
və məramları
barədə məlumat
verməkdir.
Gecədə çıxış
edən "İnsan hüquqları XXI əsr
-Azərbaycan" Fondunun
sədri Şahin Camalov, AGF-nin eksperti Asanasios Krezios layihənin məqsədi, məramı,
Avropa gənclərinin
həyat tərzi, gənclərin asudə vaxtlarının təşkili,
Avropa dövlətlərinin
gənclər siyasəti,
gənclərlə iş
prinsipləri barədə
ətraflı məlumat
vermişlər. Sonda kimsəsiz yeniyetmələrə
hədiyyələr təqdim
olunmuşdur.
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.2.