Biləsuvar rayonunun İsmətli kəndində
yeni
məktəb binası
istifadəyə verildi
Noyabrın 27-də Biləsuvar rayonunun İsmətli kəndində yeni tikilmiş orta məktəbin açılış mərasimi oldu. Tədbirdə Təhsil Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə işçiləri və KİV-in əməkdaşları iştirak edirdilər.
Açılış mərasimindən öncə təhsil naziri Misir Mərdanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Heydər Əliyev adına parkda oldular, ümummilli lider Heydər Əliyevin abidəsinin önünə, Biləsuvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoydular.
Sonra təhsil naziri Misir Mərdanov rayon rəhbərliyi ilə birlikdə İsmətli kəndində yeni inşa edilmiş 640 şagird yerlik orta məktəbin açılış mərasimində iştirak etdi. Açılış mərasimini giriş sözü ilə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov açaraq bildirdi ki, bu gün İsmətli kənd sakinlərinin sevinci çox böyükdür. 4 min əhalisi olan bu kəndin sakinlərinin uzun illərdən bəri ürəklərində bəslədikləri bir arzu artıq həyata keçir. Müasir tələblərə cavab verən bu gözəl təhsil ocağı öz qapılarını şagirdlərin üzünə açır. O, təhsil ocağının yeni binasını kənd sakinlərinə, müəllim və şagirdlərə əvəzsiz töhfə kimi dəyərləndirdi.
Təhsil naziri Misir Mərdanov yeni məktəbin
açılışı münasibətilə rayon rəhbərliyini,
təhsil müəssisələrinin
pedaqoji və şagird kollektivlərini,
kənd sakinlərini təbrik edərək, gələcəkdə
başqa məktəb
binalarının da tikiləcəyini bildirdi. Nazir Biləsuvar rayonunda görülən bütün
tikinti-quruculuq və abadlıq işlərinin ölkə başçısı
İlham Əliyevin Azərbaycanda təhsilə,
regionlara göstərdiyi
diqqət və qayğısının nəticəsində
mümkün olduğunu
vurğuladı.
Bildirdi ki, ölkə Prezidentinin tapşırığına əsasən
2013-cü ilədək Azərbaycanda
təhsil sahəsində
olan bütün problemlər yüksək səviyyədə həllini
tapacaqdır.
Misir Mərdanov onu da əlavə
etdi ki, yeni istifadəyə verilən
bu məktəb
kənd sakinlərinə,
müəllimlərə, şagirdlərə
gözəl hədiyyədir.
Məktəbi tikmək
bir işdirsə, onu
qoruyub saxlamaq daha məsul və ciddi bir işdir,
- dedi. - Biz bunu heç vaxt unutmamalıyıq!
"İndi Azərbaycanda
zəruri şərtləri
ödəyən təlim
və təhsil mühiti formalaşmaqdadır"
- deyən
nazir Misir Mərdanov qeyd etdi ki, ölkə başçısı, xalq
bu gün təhsil işçilərindən
daha keyfiyyətli təhsil gözləyir. Bunun üçün hər bir kəs
öz sahəsində
ciddi çalışmalıdır.
Əminəm ki, hazırda istifadəyə
verilən bu
təhsil ocağı
İsmətli kəndinin mədəniyyət
mərkəzi olacaq və burada təhsillə bağlı olmayan digər mədəni-kütləvi tədbirlər də keçiriləcəkdir. Çıxışının sonunda nazir kənd camaatına, müəllimlərə və
kəndin digər ziyalılarına bu işdə böyük uğurlar arzuladı.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirdi ki, ölkəmizdə, eləcə də Biləsuvarda son illər təhsilin inkişafına olan qayğı, diqqət öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq yeni məktəb binaları tikilmiş və bəziləri təmir olunmuşdur. Yeni nəslin təlim-tərbiyəsinə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə rayonumuzun bütün təhsil işçiləri adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Adil Məmmədov çıxışının sonunda rayonda təhsil şöbəsi üçün ayrıca inzibati binanın tikilməsini və İsmətli kəndində olan köhnə məktəbin əsasında uşaq bağçasının açılmasının vacibliyini də vurğuladı və bu məsələlərin həllinə kömək göstərməyi təhsil naziri Misir Mərdanovdan xahiş etdi.
İsmətli kənd
sakini, məktəb valideyn komitəsinin sədri Musaxan Əliyev də çıxış
edərək bildirdi ki, bugünkü gün bizim üçün əlamətdar,
yaddaqalan bir gün olacaqdır. Çünki İsmətli kəndində
inşa edilən, müasir tələblərə
cavab verən üçmərtəbəli tədris korpusunun açılışı hər
bir kənd sakinini, eləcə də məni çox sevindirir. Bildirildi ki, neçə-neçə sənət
sahibləri, müəllimlər,
həkim, aqronom, mühəndis və elm adamları
bu məktəbin məzunlarıdır.
Onlar məktəblə
heç vaxt əlaqələrini kəsmir,
sevimli müəllimləri
ilə vaxtaşırı görüşürlər.
Həmin gün məktəbin
açılışında sevinclərini gizlədə
bilməyən şagirdlər ulu öndərə,
Vətənə və məktəbə həsr olunmuş
şeirlər söylədilər və ədəbi kompozisiya
göstərildi
Çıxışlardan sonra məktəbin açılışını
bildirən qırmızı
lent kəsildi və tədbir iştirakçıları təhsil
ocağına daxil oldular. Qonaqlar məktəbin sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara,
kitabxanaya və idman zallarına baxdılar. Onlar görülən işin keyfiyyətindən razılıq etdilər və iş icraçısı
Maqbet Musayevin əməyi xüsusi qeyd olundu.
Tədbirin sonunda təhsil naziri Misir Mərdanov rayon ictimaiyyəti ilə birlikdə yeni məktəbin
qarşısında xatirə
şəkli çəkdirdi.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.2.