Ulu öndər
Heydər Əliyev təhsil haqqında
* Təhsil millətin
gələcəyidir.
* Mən dünyada
müəllimdən yüksək
ad tanımıram.
* Bizim hər birimiz elmi dərəcəmizdən,
biliyimizdən, təhsil
səviyyəmizdən asılı
olmayaraq, bütün nailiyyətlərimizə görə
məktəbə, müəllimə
borcluyuq.
* Mən
Azərbaycanın sadə
vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.
* Həyatını müəllimliyə
həsr edən insanlar, həqiqətən,
fədakar, xalqına,
millətinə sədaqətli
və eyni zamanda qəhrəmanlıq
göstərən insanlardır.
* Azərbaycan müəllimləri
ən yüksək mənəviyyata, vətəndaşlıq
hisslərinə malik olan insanlardır.
* Müəllimlik sənəti
şərəfli bir sənətdir.
* Bizdə təhsil
çox inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil almayan adam
yoxdur.
* Məktəbin, müəllimlərin
ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza,
ölkəmizə dəyərli
vətəndaşlar hazırlamaqdır.
* Özünü müəllimliyə
həsr etmiş insan ən şərəfli
insandır.
* Biz hamımız həyatımızda
əldə etdiyimiz nailiyyətlərə, bütün
varlığımıza görə
müəllimə borcluyuq.
* Təhsil hər
bir dövlətin, ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin
mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf
edə bilməz.
* Biz müstəqil dövlət
olaraq özümüzün
təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış
təməlin üzərində
Azərbaycan təhsili,
məktəbi bundan sonra daha da
təkmilləşəcəkdir.
* Bu təhsil sisteminin
nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda
yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar
cəmiyyətin çox
hissəsini təşkil
edir. Əgər bunlar olmasaydı,
Azərbaycanın iqtisadiyyatı
belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan
elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil
dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək
lazımdır və
on illərlə əldə
etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.
* Təhsilimizin məqsədi
gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır.
Hər bir insan gərək,
eyni zamanda vətəndaş olsun.
Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə
sadiq, ənənələrinə
sadiq, xalqına sadiq vətəndaş olsun.
*...Məktəb, maarif,
təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki,
cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli,
gənc nəslin təhsilinə, müəllimə
kömək etməlidir.
Bu, mənim prinsipial mövqeyimdir...
* Dövlət müstəqilliyinin
xalqımıza bəxş
etdiyi nemətlərdən
biri də odur ki, biz artıq
təhsil sistemimizi xalqımızın, millətimizin
tarixinə, mənəviyyatına,
ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir.
Bu proses qısa müddətdə başa
çata bilməyəcəkdir.
Bu gün təhsil
sahəsində çalışan
bütün vətəndaşlara,
müəllimlərə, təhsil
müəssisələrinin rəhbərlərinə müraciət
edərək xahiş
edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil
Azərbaycanın prinsipləri
əsasında qurulmasına
nail olsunlar. Burada dərsliklərin
dəyişilməsi, yeni
dərsliklərin yaranması
xüsusi əhəmiyyət
kəsb edir. Bilirəm, bu, asan məsələ
deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar,
gənclər gərək
mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...
* Milli ideologiyamızı
hər yerdə tətbiq etmək üçün məktəblərdə
Azərbaycan xalqının
tarixinin tədrisinə
çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini,
öz tarixi keçmişini gərək
yaxşı bilsinlər.
Çünki mənəviyyatımız, gənclərin bugünkü
və gələcək
mənəviyyatı bununla
bağlıdır.
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.4.