Milyonların yaddaşlarında yaşayan dahi insan

 

Dünya siyasətçiləri Heydər Əliyev haqqında

 

Mərhum Heydər Əliyevin müdrik uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir. 

 

Abdullah GÜL,

Türkiyə Respublikasının Prezidenti

 

Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi firavanlığı, bölgədə dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk dünya tarixində şərəfli yer tutmuşdur. 

 

Rəcəb Tayyib ƏRDOĞAN,

Türkiyə Respublikasının Baş naziri

 

Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. 

 

Vladimir PUTİN,

Rusiya Federasiyasının Baş naziri

 

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Azərbaycan, Əfqanıstan İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir.

 

Corc BUŞ,

Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti

 

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi  üçün  çox  işlər  görmüşdür. 

 

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının Prezidenti

 

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini qətiyyətini yüksək qiymətləndirdim.

 

Jak ŞİRAK,

Fransa Respublikasının keçmiş Prezidenti

 

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə , Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu.

 

Toni BLEYER,

Böyük Britaniyanın keçmiş Baş naziri

 

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

 

Gerhard ŞRÖDER,

Almaniya Federativ Respublikasının

keçmiş Federal Kansleri

 

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.4.