Açıq respublika

birinciliyinə start verilib

 

Dekabrın  9-10-da Bakı şəhərində ağır atletika üzrə 1996-1998-ci il təvəllüdlülər arasında "Təhsil" Respublika  İdman Mərkəzinin açıq respublika birinciliyinə start verilib. Əmircan qəsəbəsində keçirilən birinciliyə 12 çəki dərəcəsi üzrə respublikanın şəhər rayonlarından 10 komanda dəvət olunub.

 

***

 

Dekabrın 14-dən 19-dək Bakı şəhərində voleybol üzrə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 1994-1995-ci il təvəllüdlü oğlanlar arasında "Təhsil" Respublika İdman Mərkəzinin açıq respublika birinciliyi keçiriləcək. Birinciliyə respublikanın şəhər rayonlarından 20 komanda dəvət olunub. Yarış Bakıdakı  9 nömrəli Peşə Liseyinin idman zalında keçiriləcək. Turnirdə qalib komandalar müvafiq dərəcəli diplomlar qiymətli hədiyyələrlə təltif olunacaqlar. 

 

Rəşad RAMAZANOĞLU

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.12.