Təhsil Nazirliyi ilə
KNAUF
arasında protokol imzalandı
Dekabrın 8-də Təhsil Nazirliyi ilə Avropanın ən iri tikinti
materialları istehsalçılarından
biri olan "KNAUF İnternational GmbH" arasında
Niyyət Protokolu imzalandı.
Protokola əsasən, ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələrində "Quru inşaat ustası" peşəsi üzrə ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Bakının 4 və 18, Gəncənin 3 nömrəli peşə liseylərində yeni dərs ilindən mütəxəssis hazırlığına başlamaq planlaşdırılır. Həmin liseylərdə yeni ixtisas üçün ayrılmış sinif otaqlarında və emalatxana sahələrində KNAUF tərəfindən tədris və təlim üçün lazım olan avadanlıq quraşdırılacaqdır. Bundan əlavə, liseylərin istehsalat təlimi ustaları və ixtisas müəllimləri yeni peşə üzrə xüsusi hazırlıq keçəcəklər.
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.12.