Milli Qəhrəman Mübariz
İbrahimovun xatirəsi
anıldı
Tələbələrin yüksək
təhsil almaları ilə yanaşı, onların bir vətəndaş, şəxsiyyət
kimi formalaşması
işini də diqqət mərkəzində
saxlayan Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında
dekabrın 8-də Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə
həsr olunan anım mərasimi keçirildi.
Tədbiri akademiyanın
Tarix kafedrasının
dosenti Firdovsiyyə Əhmədova açaraq Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolundan danışdı, Azərbaycan
gəncliyinin Vətən,
torpaq uğrunda canından keçməyə
qadir olduğunu bir daha təsdiqləyən
nümunə kimi dövlət səviyyəsində
təqdir edildiyini diqqətə çatdırdı.
Sonra tanınmış
yazıçı-publisist Mustafa Çəmənlinin Mübariz
İbrahimovdan bəhs
edən sənədli
povestinin təqdimatı
oldu. "Mübariz"
povesti ali
təhsil ocağının
müəllim və tələbə heyəti
tərəfindən böyük
maraqla qarşılandı.
Çıxış üçün
söz alan
Mustafa Çəmənli qəhrəmanın
ömür yolundan söz açaraq əsəri yazarkən yaşadığı hissləri
tədbir iştirakçıları
ilə bölüşdü.
Çıxış edənlər "Mübariz" povestini gənclərə vətənpərvərlik hissi aşılayan bir əsər kimi dəyərləndirdilər. Mübariz İbrahimovun qəhrəmanlığının dövlət başçısı, cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi xüsusi vurğulandı. Çıxışlarda həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun göstərdiyi igidliyin gənclərdə hərbi vətənpərvərlik hissinin gücləndirilməsi işində parlaq nümunə, ibrətamiz örnək olduğu qeyd edildi.
Tədbir Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz İbrahimova
həsr olunmuş videoçarxın nümayişi və ədəbi-bədii kompozisiya
ilə başa çatdı.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.8.