"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
Noyabrın 30-da Azərbaycan Müəllimlər İnstitutunda narkomaniya ilə bağlı "dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə institutun rektoru, professor A.Naxçıvanlı açaraq narkomaniyanın yalnız Azərbaycanın deyil, həm də bütün dünyanın problemi olduğunu vurğuladı. O qeyd etdi ki, narkomaniya ilə mübarizə psixoloji, psixi cəhətdən sağlam gənclərimiz, bu günümüz və gələcəyimiz uğrunda mübarizədir. Narkomaniya Azərbaycanın milli-psixoloji, əxlaqi-mənəvi dəyərlərinə, onun çoxəsrlik prinsip və ənənələrinə ziddir.
Tədbirdə çıxış edən Psixologiya kafedrasının müəllimi Olqa Velimedova yeniyetmələrin narkomaniyaya meyilinin əsas psixoloji səbəblərindən danışdı.
Çıxışlarda narkomaniyanın insanın, yoxsa cəmiyyətin xəstəliyi olması, narkomaniyanın təsiri nəticəsində şüurun və davranışın dəyişilməsi, narkomaniyadan müalicə və sağalma, orta məktəblərin bazasında psixoloji, antinarkotik işin əsas istiqamətləri və s. bu kimi mövzulara toxunuldu.
Tələbələrdən Nübar
Tağıyeva, Gülnar
Vəliyeva, Aytən Səmədova, Sevinc Məmmədova və başqaları narkomaniyanın insan sağlamlığına mənfi təsirindən, alkoqolizm,
onun nəticələri
və aradan qaldırılmasının psixoloji
yolları haqqında öz fikirlərini bildirərək müzakirələrdə
fəal iştirak etdilər.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.8.