Elmi seminarda fizika onun tədrisi

problemləri müzakirə olundu

 

Dekabrın 3-də Təhsil Nazirliyinin Elmi-Metodik Şurası fizika bölməsinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində elmi seminarı keçirildi. Tədbirdə universitetin professor-müəllim heyətinin nümayəndələri ilə birgə orta məktəb müəllimləri, metodistlər magistrlər iştirak edirdi. Bir ilə yaxın müddətdə fəaliyyət göstərən seminarda "Fizika onun tədrisi problemləri" müzakirə olunur.

Seminarı giriş sözü ilə açan ADPU-nun fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov "XXI əsr fizikası" mövzusunda məruzə ilə çıxış etdi. O, fizika elmində (ümumiyyətlə, təbiətşünaslıqda) XX əsrdə əldə edilmiş nailiyyətlər haqqında məlumat verərək, XXI əsrin fizikasını səciyyələndirən əsas xüsusiyyətləri təhlil etdi. Professor qeyd etdi ki, müasir təbiətşünaslığın əsas istiqamətlərindən biri onun inkişaf haqqında elmə çevrilməsidir. Keçən əsrdə baş vermiş qlobal kəşflər: dünyamızın başlanğıca malik olması, kainatın iyerarxiyalığı durmadan genişlənməsi, dünyada gedən proseslərin qapalı deyil, açıq tarazlıqdan uzaq mürəkkəb sistem olması təbiətşünaslığa yenidən baxmağı, yeni metodologiyaya keçilməsini zəruri edir. Bu baxımdan dünyanın yeni sintetik (kibernetika, informatika sinergetika) təbii elmi mənzərəsi formalaşmaqdadır. Professor M.Murquzov müasir fizikanın (təbiətşünaslığın) əsas xüsusiyyətini qlobal təkamülçülük konsepsiyasının reallaşması, bütün canlı, cansız sosial materiyaya vahid universal təkamül prosesi kimi baxıldığını qeyd etdi. Bildirildi ki, hazırkı təbiətşünaslıqda ənənəvi baxışdan fərqli olaraq, dünya elmi açıq, mürəkkəb, qeyri-tarazlıqlı, qeyri-davamlı, dönməyən qeyri-xətti sistemlərin öyrənilməsinə, onun tədqiqinə tədrisdə  tətbiqinə keçməkdədir. Məruzəçi belə müxtəlif fiziki, kimyəvi, bioloji, sosioloji s. sistemlərdə quruluşun öz-özünə formalaşması prosesinin baş verdiyini,  bunları nəzərə almaqla elmdə təhsildə fənlərarası əlaqə yaratmaq iddiasında olan sinergetik yanaşmadan istifadə edilməsinin vacibliyini bildirdi. Qeyd edildi ki, təbii proseslər qeyri-xətti proseslərdir sistem xarici aləmlə enerji, maddə informasiya mübadiləsindədir. Professor XXI əsr fizikasında, həmçinin digər təbiət elmlərində riyaziyyatlaşdırmanın gücləndiyini, bu elmlərin abstraktlıq, mürəkkəblik səviyyəsinin yüksəldiyini bütün bunların riyazi modelləşdirmənin rolunun artırılmasına səbəb olduğunu nəzərə çatdırdı.

Mövzu ətrafında müzakirələr diskussiya aparıldı. 

 

Niyazi RƏHİMOV

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.8.