Təhsil Nazirliyinin İnternet saytı

"Milli Net-2010" müsabiqəsinin qalibi oldu

 

Dekabrın 4-də "Ambassador" otelində Milli Net - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Milli Net Təşkilat Komitəsinin adından çıxış edərək müsabiqənin keçirilməsi ilə bağlı görülmüş işlər haqqında iştirakçılara məlumat verib bu işin gələcəkdə daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Milli Net müsabiqəsinin obyektiv ədalətli keçirilməsi üçün müvafiq addımlar atıldığını bildirən Osman Gündüz yekun nəticələrdən razılığını ifadə edib.

AİF prezidenti milli İnternet resurslarının yaradılmasında mühüm əhəmiyyət kəsb edən bu müsabiqəyə dəstək verən "Azercell Telekom" MMC, Delta Telekom HP şirkətlərinə təşəkkürünü bildirib.

Təqdimat mərasimində 14 nominasiya üzrə qaliblərin adları açıqlanıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi İnternet saytı (www.edu.gov.az) "Dövlət bələdiyyə saytları" nominasiyası üzrə "Milli Net-2010" müsabiqəsinin qalibi olub. Bu nominasiya üzrə II yerə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin  (www.customs.gov.az),  III  yerə  isə  Azərbaycan  Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (www.diaspora.gov.az)  İnternet  saytları layiq  görülüb. Azərbaycan  Respublikası  Dövlət Sosial Müdafiə  Fondunun (www.sspf.gov.az), Naxçıvan Muxtar Respublikasının (www.nakhchivan.az), Azərbaycan Ağır Atletika Federasiyasının (www.aaaf.az) saytları müsabiqənin nominantları elan edilib.

"Azercell Telekom" MMC-nin əməkdaşı Fəxri Abbasov mərasimdə çıxış edərək bu kimi tədbirlərə dəstək verməyə hazır olduqlarını bildirib, Milli Net müsabiqəsinin  azərbaycandilli resursların bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Sonra 14 nominasiya üzrə qalib gələnlərə "Milli Net-2010" müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta diplom təqdim olunub.

Təqdimat mərasimində  Milli Məclis Aparatının İnformasiya resursları texnologiyaları şöbəsinin müdir müavini Yaşar Əməşov, Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları şöbəsinin müdiri Qurbanəli Əsədov, İctimai Televiziya Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir  Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,  tanınmış jurnalist, professor Qulu Məhərrəmli, İctimai Televiziya Radio Yayımları Şirkətinin Elm təhsil departamentinin rəhbəri Cəsarət Valehov, Azərbaycan İnternet Forumunun üzvü Azər Həsrət, İREX təşkilatının əməkdaşı Ələsgər Məmmədli,  eləcə digər dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər bu müsabiqənin Azərbaycanda internetin inkişafında mühüm əhəmiyyəti olacağını qeyd ediblər.

 

Milli Net-Milli İnternet

Mükafatı haqqında

 

Milli Net-Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar İnternet mükafatıdır. Bu mükafat hər il  sosial, mədəni, elmi,  iqtisadi, hüquqi s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan  milli İnternet resurslarına, İnternet layihələrinə təqdim edilir. Milli İnternet Mükafatının əsas məqsədləri Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin,  informasiya mübadiləsinin yeni bir sahəsi olan İnternetin inkişafına genişləndirilməsinə xidmət etmək, ən yaxşı milli İnternet resurslarının ölkəmizdə dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək, eləcə Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir. Qeyd edək ki, istənilən hüquqi ya fiziki şəxs bu mükafatı almaq üçün öz sayt layihəsini Milli Net müsabiqəsinə təqdim edə bilər. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilir. İnternet istifadəçiləri səsvermə prosesində iştirak etmir, onlar ancaq qeydiyyatdan keçən saytlara şərh yazırlar. Müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Müsabiqə Komissiyası tərəfindən aparılır. 15 nəfərdən ibarət olan Müsabiqə Komissiyası Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılır. Komissiyaya  İnternet sahəsi üzrə peşəkar mütəxəssislər, İnternet jurnalist redaktorları, veb-masterlər daxil edilir. Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində məzmun (informasiya tutumu), dizayn (vizual görünüş) funksionallıq (naviqasiya funksiyaları) meyarlarını rəhbər tutur. Komissiya üzvlərinin hər biri ayrılıqda  müxtəlif müsabiqə nominasiyaları üzrə təqdim olunan saytlara baxaraq xüsusi qiymət normalarına uyğun qiymətləndirməni həyata keçirirlər. Səsvermə Müsabiqə Komissiyası tərəfindən iki mərhələdə aparılır.

Bu il 14 nominasiya üzrə keçirilmiş  müsabiqəyə 437 sayt təqdim olunub. Onlardan 309-u müsabiqəyə buraxılıb, 128 sayt isə şərtlərə uyğun gəlmədiyi üçün qəbul olunmayıb.

 

Təhsil Nazirliyinin

İnternet saytı haqqında

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni İnternet saytı ötən ilin noyabrında istifadəyə verilib. Azərbaycan, rus ingilis dillərində fəaliyyət göstərir. Məzmun, dizayn funksionallıq baxımından müvafiq tələblərə cavab verir. Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar verilir. İnternet saytında Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirlik sistemində fəaliyyət göstərən 4 "Qaynar xətt" xidməti, nazirliyin struktur rəhbərlərinin əlaqə telefonları elektron poçt ünvanları qeyd olunub. Qanunvericilik bölməsində Azərbaycan Respublikasının Konstitusiyası, ölkə Prezidentinin fərman sərəncamları, Nazirlər Kabinetinin qərarları, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, əsasnamə, əmr, təlimat qaydalar, təhsil sahəsinə dair normativ-hüquqi sənədlər geniş yer alıb. Ümumi təhsilin məzmunu, monitorinq qiymətləndirmə, dərslik siyasəti, peşə təhsili müəssisələri ixtisasları, ali orta ixtisas təhsili, bu sahədə aparılan yeniliklər barədə saytdan ətraflı məlumat almaq mümkündür. Saytda beynəlxalq  əməkdaşlıq, strateji təhlil kadrların idarəolunması, təhsil sistemində elm, akkreditasiya nostrifikasiya qaydaları, məktəbdənkənar təlim tərbiyə, təhsilin iqtisadiyyatı, dövlət proqramları, layihələr, təhsilin idarəolunmasının məlumat sistemləri,  məktəbəqədər təhsil digər bölmələr verilib.

Saytla tanış olan istifadəçilər ümummilli liderimiz Heydər Əliyevin (www.heydar-aliyev.org), Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin  (www.president.az)  geniş  fəaliyyətinin    Heydər  Əliyev Fondunun gördüyü mühüm işlərin  əks olunduğu (www.heydaraliyevfoundation.org) İnternet saytlarına keçid edə bilərlər. Saytda "Azərbaycan Prezidentinin məktəblilər üçün internet səhifəsi" (www.mektebli.president.az), "Xaricdə təhsil" (www.xaricdetehsil.edu.gov.az),  "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (www.vet.edu.gov.az) digər banerlər yerləşdirilib. Sayt istifadəçiləri "Kurikulum" (www.kurikulum.az) "Təhsil" (www.portal.edu.az) portallarının banerlərindən bəhrələnə bilərlər. Bu banerlər vasitəsilə  ölkəmizdə təhsilin müxtəlif sahələrinə dair ətraflı məlumatlar almaq mümkündür. Bundan əlavə, saytda yeni tikilən məktəblərə yeni dərsliklərə aid fotoqalereya öz əksini tapıb. "Elektron kitabxana" bölməsində "Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafı (2003-2008-ci illər)" kitabı, "Açıq dərs" bölməsində isə nümunəvi müəllimlərin kurikulum üzrə tədris etdikləri elektron dərslər yerləşdirilib. Onu da qeyd edək ki, saytda istifadə rahatlığı baxımından ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib.

Saytda orta ümumtəhsil məktəblərinin buraxılış sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların, "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində  ümumtəhsil məktəblərində vakant yerlərə qəbulun  nəticələri yerləşdirilir. Nəticələrin elan olunduğu zamanlar gün ərzində 50 mindən çox istifadəçi sayta daxil olaraq heç bir məhdudiyyətsiz məlumat əldə edə bilir.

 

  Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.8.