Şuşa şəhər 1 nömrəli orta
məktəbin
180 illik yubileyi qeyd olundu
Dekabrın 7-də Dövlət Gənc
Tamaşaçılar Teatrında Azərbaycanda ilk qəza
məktəbinin - Üzeyir bəy Hacıbəyli adına
Yubiley mərasiminin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edib məzarı üzərinə tər çiçək dəstələri düzdülər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı.
Sonra xalqımızın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olundu.
Qonaqlar, o cümlədən bir sıra dövlət qurumlarının rəsmiləri, xarici ölkələrin səfirləri teatrın foyesində rəssam Rövşən Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri və mənzərələrinə həsr olunmuş şəkillərindən, şəhər 1 nömrəli orta məktəbin məzunlarının qızıl və gümüş medallarından, vinetkalarından, bugünkü şagirdlərinin rəsm əsərlərindən, Vətən haqqında inşalarından ibarət sərgiyə maraqla baxdılar.
Rəsmi yubiley tədbiri açıq elan olunduqdan və Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra yubilyar məktəbin keçdiyi tarixi yoldan və bugünkü fəaliyyətindən bəhs edən "Mənim doğma məktəbim" sənədli filmi nümayiş olundu.
Sonra söz təhsil naziri
Misir Mərdanova verildi. Misir Mərdanov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin məktəbin kollektivinə
ünvanladığı təbrik məktubunu oxudu, yubiley
münasibəti ilə tədris ocağının bir qrup
müəlliminin mükafatlandırılması ilə
bağlı dövlət başçısının 2010-cu il dekabrın 6-da imzaladığı
sərəncamlarla mərasim iştirakçılarını
Məktub və
sərəncamlara görə ölkə
başçısına minnətdarlığını
bildirən təhsil naziri məktəbin kollektivini, mərasim
iştirakçılarını yubiley münasibəti
ilə təbrik etdi.
Təhsil naziri məktəbin 180 illik yubileyinin
keçirilməsini tarixi hadisə adlandıraraq bildirdi ki,
hələ 1982-ci ildə bu təhsil ocağının 150
illiyi o vaxt Azərbaycan KP MK-nın birinci katibi
işləyən Heydər Əliyevin
təşəbbüsü ilə MK bürosunun qərarına
əsasən geniş qeyd olunmuşdur. İlk
qəza məktəbinin Şuşada
açılmasını təhsil naziri tarixi zərurət
kimi dəyərləndirərək Şuşanın
Azərbaycanın təhsil və mədəniyyət
tarixində böyük rol oynadığını
vurğuladı.
Təhsil naziri son illər ölkəmizdə təhsilin
inkişafı istiqamətində atılmış bəzi
addımlara da diqqəti cəlb edərək bildirdi ki, son 7 il
ərzində ölkəmizdə 2000 yeni məktəb
binası tikilib istifadəyə verilmişdir. Onların
300-dən çoxu Heydər Əliyev Fondunun dəstəyi
ilə inşa olunmuşdur. Nazir yubiley mərasimi
iştirakçılarının diqqətinə
çatdırdı ki, Heydər Əliyev Fondunun
təşəbbüsü ilə 2011-ci ildə 180
yaşlı
Misir Mərdanov çıxışının sonunda
Təhsil Nazirliyi tərəfindən yubilyar məktəbin
kollektivinə təbrik məktubu
ünvanlandığını, onun bir qrup müəlliminin
nazirliyin "Azərbaycan Respublikası qabaqcıl təhsil
işçisi" döş nişanı, fəxri
fərmanları və təşəkkürnamələri
ilə mükafatlandırıldığını bildirib,
onların adlarını açıqladı və yubiley
tədbirinin hazırlanmasında əməyi olanlara
minnətdarlıq etdi.
Yubiley tədbirində Şuşa Rayon İcra
Hakimiyyətinin başçısı, "Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması" İctimai Birliyinin
rəhbəri Bayram Səfərovun təntənəli
açılışı 1830-cu il dekabrın 30-da olmuş
ilk qəza məktəbinin keçdiyi tarixi yoldan, bu
günündən, yetirmələrindən bəhs edən
məruzəsi dinlənildi.
Məruzəçi qeyd etdi ki,
1874-cü ildə
Bu baxımdan məruzəçi tanınmış
məzunlardan akademiklər Lətif İmanovu, Səttar
Əsədovu, Paşa Rüstəmovu, Cəlal Allahverdiyevi,
elmlər doktorları Validə Yusifzadəni, Sabir
Rüstəmovu, Əbülfət Rüstəmovu, Cəlal
Şükürovu, Sayalı Tağıyevanı, Əkbər
Ağayevi, Kamran Məmmədovu, Nadir Əlişovu, Sovet İttifaqı
Qəhrəmanı Xəlil Məmmədovu, bəstəkarlar
Süleyman Ələsgərovu, Əşrəf Abbasovu və
başqalarını xatırlatdı.
Məruzədə qeyd olundu ki,
Şuşanın digər
təhsil ocaqlarından şagirdlər və
müəllimlər cəlb olunmaqla yenidən təşkil
edilmiş məktəb hazırda paytaxtın Yasamal
rayonundakı 38 nömrəli orta məktəbdə
yerləşir. Bu gün burada 103 şagird təhsil
alır. Onların təlim-tərbiyəsi
ilə 21 müəllim məşğul olur.
Məruzəsinin sonunda B.Səfərov vurğuladı
ki, ulu öndərimiz tərəfindən əsası qoyulan,
möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilən xarici və
daxili siyasəti bəyənən bütün
şuşalılar kimi Şuşa şəhər 1
nömrəli orta məktəbin pedaqoji kollektivi də
gələcəyə böyük inam və nikbinliklə
baxır, məcburi köçkün övladlarını
fiziki və mənəvi cəhətdən sağlam, savadlı
böyütmək, onları doğma Şuşaya
qayıdacağımız günə hazırlamaq kimi
şərəfli bir işlə məşğul olurlar.
İnanırlar ki, tezliklə ölkə Prezidenti İlham
Əliyev cənablarının müdrik siyasəti
nəticəsində tarixi yurdları olan doğma
Şuşaya qayıdacaq və daha müasir
Məktəbin direktoru,
əməkdar müəllim Sevil Babayeva mərasimdə
çıxış edərək təhsil
ocağının yubileyinin dövlət
səviyyəsində qeyd edildiyi üçün Azərbaycan
Prezidentinə minnətdarlığını bildirdi, yubiley
tədbirinin keçirilməsində zəhməti olan
insanlara təşəkkür etdi.
Məktəbin məzunu, hazırda Moskvada yaşayan
fizika-riyaziyyat elmləri namizədi Şünasi Xəlilov söz alaraq öz
sevincini tədbir iştirakçıları ilə
bölüşdü.
Yubiley tədbirində çıxış edən
Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
məktəbin yubileyinin dövlət
başçısının sərəncamı ilə qeyd
olunduğunu əlamətdar hadisə kimi qiymətləndirdi,
müəllim və şagirdləri təbrik etdi. O dedi ki:
"Həmişə Şuşanı musiqi və
mədəniyyət beşiyi adlandırmışıq. Haqlı olaraq 180 yaşlı məktəbi olan bu
yurdu həm də ziyalılar şəhəri adlandıra
bilərik". Baş nazirin müavini
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində dövlətimizin
başçısının mövqeyini xatırlatdı
və inamla vurğuladı ki, Qarabağın
düşməndən azad edilməsi Şuşadan
başlayacaqdır.
Yubiley tədbirinin
iştirakçıları adından Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət qəbul olundu.
Tədbir maraqlı bayram
konserti ilə başa çatdı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.7.