Səfir Polşa universitetlərində
Azərbaycan
dilinin tədrisinin mümkünlüyündən
söz açıb
Dekabrın 3-də ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Polşa Respublikasının
Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Mikal Labenda ilə görüşdü.
Azərbaycanda diplomatik fəaliyyətə
başlaması münasibətilə
qonağı təbrik
edən rektor xalqlarımız arasında
səmimi münasibətlərin
olduğunu vurğuladı.
Görüşdə regional və beynəlxalq, həmçinin bir sıra maraq doğuran məsələlər
barədə geniş
fikir mübadiləsi aparıldı. Ölkələrimiz arasında bir
sıra sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirən səfir Mikal Labenda əlaqələrin
dərinləşməsi istiqamətində
çalışacağını qeyd etdi.
Rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat verən Səməd Seyidov bildirdi ki, universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisaslar mövcuddur. ADU-da Qafqazşünaslıq ixtisasının açılmasının qonşu ölkələri öyrənmək baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən rektor Fransa, Almaniya, Koreya, Malayziya mərkəzləri haqqında danışdı. S.Seyidov dövlətçilik ənənələrindən söz açaraq Azərbaycanın beynəlxalq təşkilatlarla apardığı uğurlu əməkdaşlıqdan danışdı. Polşa-Azərbaycan əlaqələrinə toxunan rektor bu münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirdi.
Səfir Mikal Labenda universitetlə
gələcək əməkdaşlıq
perspektivlərinin olduğunu
qeyd edərək Polşa universitetlərində
Azərbaycan dilinin tədrisinin mümkünlüyündən
söz açdı. Tələbə-müəllim
mübadiləsi haqqında
danışan səfir
Polşa universitetlərində
həmçinin Azərbaycan
dili kafedrasının
açılmasının universitetlərarası
əlaqələrə təkan
verəcəyini dedi.
Görüşdən sonra səfir Mikal Labenda Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə
ADU-nun Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.5.