Doktorant və gənc tədqiqatçıların
XV Respublika elmi konfransı
Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransının açılış
mərasimi keçirildi. Tədbirdə
Təhsil Nazirliyinin əməkdaşları, ali məktəb rektorları, professor - müəllim
heyətlərinin nümayəndələri,
tələbələr və
KİV işçiləri iştirak edirdilər.
Konfransı giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq tədbir iştirakçılarını salamladı.Bildirdi ki, bu gün biz doktorantların və gənc tədqiqatçıların növbəti XV Respublika elmi konfransını keçirmək üçün toplaşmışıq. Artıq 15 ildir ki, ənənəvi olaraq belə bir konfrans keçiririk və zaman keçdikcə bu konfransa maraq göstərən iştirakçıların sayı çoxalır. Bu da gənclərin elmə həvəsinin artması və bu konfransa olan rəğbətinin çoxalması kimi qiymətləndirilə bilər.
Ölkəmizdə təhsil islahatının uğurla həyata keçirilməsindən söz açan nazir Misir Mərdanov qeyd etdi ki, iki gün davam edəcək konfransın işi müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə təşkil olunub və 20 ali məktəbdən 401 tezis təqdim edilib.
Bildirildi ki, BDU-ya uzun müddət rəhbərlik etmiş akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2010-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi barədə birgə qərar da qəbul ediblər.
Plenar iclasdan sonra bölmələrin işində fəal iştirak edən tədqiqatçılara sertifikatların verilməsindən söz açan Misir Mərdanov bu cür konfransların Azərbaycan elminin inkişafı yolunda öz töhfələrini verəcəyindən də ətraflı danışdı.
Sonra təhsil nazirinin müavini İradə Hüseynova, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, BDU-nun doktorantı Ziya Əmrahov və başqaları da çıxış etdilər.
Konfrans öz işini bölmələr üzrə
davam etdirdi.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.7.