"Şagirdlərin ümumtəhsil məktəblərinə
qəbulu
və yerdəyişməsi
haqqında
Qaydalar"ın təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
1. "Şagirdlərin
ümumtəhsil məktəblərinə
qəbulu və yerdəyişməsi haqqında
Qaydalar" təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin
"Ümumtəhsil məktəblərinə
qəbul və şagirdlərin yerdəyişməsinin
tənzimlənməsi barədə"
12 sentyabr 2003-cü il tarixli, 787 nömrəli əmri və 15 sentyabr 2005-ci il tarixli, 46-14-4534/16 nömrəli təlimati məktubu qüvvədən
düşmüş hesab
edilsin.
3. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin
əlavəsi ilə birlikdə "Azərbaycan
müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını
təmin etsin.
4. Ümumi
şöbə (H.Məhərrəmova)
əmrin əlavəsi
ilə birlikdə çoxaldılıb yerlərə
göndərilməsini təmin
etsin.
5. Əmrin
icrasına nəzarət
nazir müavini İ.İsgəndərova həvalə
olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
14 dekabr
2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.2.