Narkomaniyaya qarşı mübarizə aylığı
Ölkə Prezidentinin 28 iyun 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı" 2007-2012-ci illərdə Azərbaycanda bu dəhşətli bəla ilə mübarizənin daha səmərəli təşkilinə ciddi təkan vermişdir. Prezidentin bu fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Bakı Humanitar Kollecində silsilə tədbirlər keçirilib.
Narkomaniyaya qarşı mübarizə aylığı üzrə dekabrın 2-də keçirilən növbəti tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini E.Ağayev, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini T.Həsənov yeniyetmə və gənclər arasında narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışdılar.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi ilə İrəvan Dövlət Dram Teatrı tərəfindən hazırlanmış dramaturq Marat Haqverdiyevin "Məhəbbət, şeytan və ağ ölüm" əsəri əsasında eyniadlı tamaşa göstərilib.
Tədbirdə Bakı Humanitar Kollecinin tələbələri
və Binəqədi
rayon gəncləri iştirak
ediblər.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.12.