Sumqayıtda kitab bayramı

 

Bu günlərdə Sumqayıt şəhərindəki "Kimyaçı" Mədəniyyət Sarayında  Azərbaycan dünya ədəbiyyatı  nümunələrinin təbliğinə, yetişməkdə  olan gənc nəslin  kitablara marağının artırılmasına  xidmət edən yarmarka təşkil olunmuşdu.

Yarmarkada  500-dən artıq  ədəbi-bədii, tarixi, ensiklopedik məlumat xarakterli nəşr nümayiş olundu. Satış - yarmarkada  klassik müasir  Azərbaycan şair yazıçılarının əsərləri təbliğ  edildi. 2005-ci ildən fəaliyyət göstərən "Əli Nino" kitab evində dünya klassiklərinin 15 min addan artıq əsəri, eləcə   rus ədəbiyyatı nümunələri diqqəti cəlb  edirdi.

"Azərkimya" İstehsalat  Birliyi  "Əli Nino" Kitab evinin təşkilatçılığı ilə keçirilən kitab bayramında Sumqayıtın məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan balacalar üçün son illərdə müasir  poliqrafiya tələbləri səviyyəsində  çap olunmuş yüksək  tərtibatlı, əlvan illüstrasiyalı, yerli xarici uşaq ədəbiyyatı nümunələri   maraq doğurdu.

 

Sifai SƏFƏROVA

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.12.