Naxçıvan MR təhsil nazirinə,

rayon, şəhər təhsil şöbələrinin,

idarələrinin müdirlərinə

 

Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 18 oktyabr 2010-cu il tarixli əmri ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcəkdir.

Müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq, inşa, hekayə, şeir nominasiyaları üzrə keçiriləcəkdir. 

"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi   www.edu.gov.az İnternet ünvanında verilmişdir. Müsabiqənin respublika turunun keçiriləcəyi yer vaxt haqqında əlavə məlumat veriləcəkdir.

Respublika turunda yığma komandaların iştirakını təmin etmək üçün müsabiqənin əsasnaməsinin tələblərinə müvafiq tədbirlərin görülməsi müsabiqənin rayon, şəhər mərhələsinin yüksək səviyyədə keçirilməsi Sizə tapşırılır.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

15 dekabr 2010-cu il

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.2.