Bir qrup tədqiqatçıya Təhsil

Nazirliyinin sertifikatları verildi

 

Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorant gənc  tədqiqatçıların XV Respublika elmi konfransının yekununa həsr olunmuş yığıncaq keçirildi. Tədbirdə  Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, professor-müəllim heyətlərinin üzvləri, tədqiqatçılar iştirak edirdilər.

Konfransın yekun iclasını giriş sözü ilə təhsil nazirinin müavini İradə Hüseynova açaraq tədbir iştirakçılarını  salamladı, doktorant gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunu barədə  məlumat verdi. Bildirildi ki, plenar iclasdan sonra   müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə iclaslar keçirilib 20 ali məktəbdən 401 tezislə gənc tədqiqatçıların çıxışları  dinlənilib.

Sonra  bölmə  sədrlərinin çıxışları dinlənildi müxtəlif təkliflər irəli sürüldü.

Təhsil  nazirinin müavini İradə  Hüseynova  elm şöbəsinin əməkdaşları ilə  birlikdə   bölmə  iclaslarında fəal iştirak edən bir qrup tədqiqatçıya  Təhsil Nazirliyinin  sertifikatlarını  təqdim etdi, onlara   elmi işlə məşğul olan bütün tədqiqatçılara uğurlar arzuladı.

Nazir müavini həm konfransın keçirilməsində əməyi olan bütün insanlara, o cümlədən BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmova universitetin professor-müəllim heyətinə Təhsil Nazirliyi adından təşəkkürünü  bildirdi.

Konfransda gənc tədqiqatçılardan bir qrupu çıxış edib, yaradılan  şəraitə görə Təhsil Nazirliyinə bölmə sədrlərinə öz  minnətdarlıqlarını bildirdilər.

 

Ş.CƏFƏROV

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.2.