Müsabiqə qaliblərinə
mükafatlar təqdim
edildi
Dekabrın 14-də Təhsil
Nazirliyində orta məktəblərin IX-XI sinif
şagirdləri və
tələbələr arasında
keçirilmiş "Gələcək
nəsillərlə üz-üzə"
III Ümumrespublika inşa
müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi oldu.
Qeyd edək ki, inşa müsabiqəsi
Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Gənclər
və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Minilliyin Layihəsi"nin
Azərbaycan Bölməsi
- Azərbaycan Futuroloqlar
Cəmiyyətinin birgə
təşkilatçılığı ilə keçirilib.
Mərasimdə adıçəkilən
qurumların rəhbərləri,
"Qlobal Minillik Prizi" beynəlxalq müsabiqəsinin təsisçisi
və prezidenti, "Minilliyin Layihəsi"nin
Meksika üzrə bölməsinin rəhbəri
Konsepsion Olavarrieta, millət vəkilləri, Təhsil Nazirliyinin məsul şəxsləri,
ali məktəblərin
rektorları, tanınmış
alim və ziyalılar, məktəb direktorları, müəllimlər,
valideynlər və
KİV təmsilçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamladı
və bu layihənin həyata keçirilməsində bir
neçə dövlət
qurumunun, ictimai təşkilatın xüsusi
rolu olduğunu qeyd edərək onlara öz təşəkkürünü bildirdi.
"Gələcək nəsillərlə üz-üzə"
III Ümumrespublika inşa
müsabiqəsi ilə
bağlı məlumat
verən təhsil naziri diqqətə çatdırdı ki, ötən illərdən
fərqli olaraq bu
il müsabiqədə
orta məktəblərin
IX-XI sinif şagirdləri
ilə yanaşı, tələbələr də
iştirak edib. Müsabiqəyə təqdim
edilən inşa yazıları "Minilliyin
Layihəsi"nin 15 Qlobal Çağırışına
uyğun olaraq 15 mövzunu əhatə etmiş və bu mövzuların seçimi sərbəst olmuşdur.
İnşa yazıların
münsiflər heyəti
tərəfindən qiymətləndirilməsi
nəticəsində bu
il 657 şagird və 423 tələbə
mükafata layiq yerlər uğrunda mübarizə aparmış,
onların arasından
37 nəfəri şagird,
21 nəfəri isə
tələbə olmaqla
cəmi 58 finalçı
seçilmişdir.
Müsabiqədə paytaxtla
yanaşı, ölkəmizin
ayrı-ayrı bölgələrində
təhsil alan şagird və tələbələrin iştirakını
fərəhləndirici hal
kimi dəyərləndirən
Misir Mərdanov bildirdi ki, Bakı
şəhərindən 10, Sumqayıtdan 5, İsmayıllıdan
4, Zərdab, Ağdam və Hacıqabuldan 2, Quba, Tərtər, Qax, Zaqatala, Neftçala, Lənkəran,
Ağcabədi, İmişli,
Kürdəmir və Şamaxıdan 1 nəfər
şagird qaliblər sırasında yer tutub.
Tələbə finalçılardan
Azərbaycan Dövlət
İqtisad Universitetindən
5, Bakı Slavyan Universitetindən 3, Azərbaycan
Dillər Universitetindən
2, Azərbaycan Müəllimlər
İnstitutu, onun Qazax və Ağcabədi
filialları, Gəncə
Dövlət Universiteti,
Azərbaycan Dövlət
Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Müəllimlər
İnstitutu, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti, Azərbaycan
Texnologiya Universiteti və Xəzər Universitetindən isə 1 iştirakçı qalib adını qazanmışdır.
Təhsil naziri çıxışının
sonunda müsabiqə qaliblərini təbrik edərək onlara gələcəkdə yeni-yeni
uğurlar arzuladı.
Sonra çıxış üçün
söz Azərbaycan Futuroloqlar Cəmiyyətinin
sədri Reyhan Hüseynovaya verildi. Öncə rəhbərlik
etdiyi qurum haqqında məlumat verən R.Hüseynova bildirdi ki, Azərbaycan
Futuroloqlar Cəmiyyəti
"Minilliyin Layihəsi"nin 2006-cı ildə ölkəmiz üzrə açılmış 29-cu bölməsidir.
Ötən 4 il ərzində bu beynəlxalq təşkilatın dünya
üzrə daha 10 bölməsi fəaliyyətə
başlamışdır. Daha sonra
"Gələcək nəsillərlə
üz-üzə" inşa
müsabiqəsi haqqında
danışan natiq qeyd etdi ki,
bu "Minilliyin Layihəsi"nin 15 Qlobal Çağırışı
üzrə hər il Meksikada keçirilən
"Qlobal Minillik Prizi" beynəlxalq müsabiqəsinin milli mərhələsidir. Ümumrespublika
mərhələsinin finalçıları və qalibləri beynəlxalq mərhələyə getmək
imkanı qazanırlar.
15 Qlobal Çağırış
üzrə təşkil
edilən inşa müsabiqəsinin əsas
məqsədi qlobal dəyişikliklərdən irəli
gələn tələblərə
uyğunlaşmaqla sağlam
və münaqişəsiz
gələcəyin qorunub
saxlanması və daha da yaxşılaşdırılması
üçün gənclərin
müvafiq tərzdə
tərbiyə edilməsi,
qloballaşma şəraitində
inkişaf edən Azərbaycan gənclərinin
dünyada baş verən müxtəlif proseslərin bir-biri ilə əlaqəli olduğunu və bunun özlərinin gələcəyinə təsir
edəcəyini başa
düşməsidir.
R.Hüseynova hərtərəfli dəstək
üçün müvafiq
dövlət qurumlarına
təşəkkürünü bildirərək azərbaycanlı
gəncləri belə
tədbirlərdə daha
fəal iştirak etməyə səslədi.
Sonra ötən illərdə Meksikada keçirilmiş təntənəli mükafatlandırma
mərasimlərindən hazırlanmış
videosüjet nümayiş
etdirildi.
Tədbirdə çıxış
edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova,
"Qlobal Minillik Prizi" beynəlxalq müsabiqəsinin təsisçisi
və prezidenti, "Minilliyin Layihəsi"nin
Meksika üzrə bölməsinin rəhbəri
Konsepsion Olavarrieta belə müsabiqələrin
yüksək intellektə
malik gənclərin yaradıcılıq qabiliyyətlərinin
inkişaf etdirilməsində
önəmli rolundan söz açdılar.
Mərasimin sonunda müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olundu. Qaliblər adından çıxış edənlər ölkəmizdə gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.2.