Şagirdlər fəallığı

ilə seçilirdilər

 

Bakıdakı 236 nömrəli orta məktəbin VI sinfində  "Adi kəsrlərin üzərində bütün əməllərə aid  məsələlərin həlli" mövzusunda "açıq dərs" keçirildi. Fənn müəllimi Şəhla Əhmədova bildirdi ki, adi kəsrlərin toplanması, çıxılması, vurulması, bölünməsi, ədədi hissəsinin tapılması şagirdlərin məntiqi, riyazi təfəkkürünü dərinləşdirmək, yazı nitqdə ümumi, eləcə riyazi mədəniyyət baxımından çox əhəmiyyətlidir.

Şagirdlərin davamiyyəti yoxlandıqdan sonra motivasiya ilə "açıq dərs"ə start verildi. Şagirdlərə lazım olan vəsaitlər paylandı. Ümumiləşdirici təkrarı aparmaq üçün söz assosiasiyasından istifadə olundu. Kəsrlərin toplanması, çıxılması, vurulması, bölünməsi terminləri yazılmış konvertdən biri şagirdlər tərəfindən seçildi. Həmin termin lövhədə yazılandan sonra 4-5 dəqiqə ərzində bu terminin yaratdığı assosiasiya şagirdlər tərəfindən söylənildi.

Sonra  lövhəyə 8 şagird dəvət olundu onlar iki qrupa bölündü.  Hər şagirdə üzərində ədəd yazılmış tablo verildi. Şərtə görə, hər şagird qrupda özünün tərs ədədini axtarmağa başladı. Sonra yoldaşlarına seçimin doğru olduğunu izah etməyə çalışdılar.

"Açıq dərs"in növbəti mərhələsində lövhəyə ardıcıl olaraq 4 məsələ yazıldı. Şagirdlər məsələləri həll edərkən stolun üstündəki qırmızı, göy, yaşıl bayraqlardan  istifadə  etdilər. Hər məsələnin   həlli  lövhədə   yazıldı.

Sonra sinifdəki şagirdlər, hər qrupda 4 nəfər olmaqla, 6 qrupa bölündü. Üzvlərin arzusu ilə qrupların lideri seçildi. Hər qrupa üzərində şəkil ("Əkin sahəsi", "Nənə nəvənin söhbəti", "Neft buruqları", "Dəhşətli günlər", "Azərbaycan xəritəsi", "Qlobus", "Futbol meydançasında")  çəkilmiş vərəqlər təqdim edildi. 

Qruplar üzrə şəkil əsasında məsələ tərtib edildi. Məsələnin həlli üçün ayrılmış vaxt bitəndən sonra şagirdlər tapşırığın həllini yoldaşlarına izah etdilər. Hər qrupun işi digər şagirdlər tərəfindən qiymətləndirildi məsələlərin  həllinin daha optimal variantı ilə bağlı təkliflər söylənildi. Sonda dərsin yekunlaşdırıcı mərhələsi oldu izahlı şəkildə evə tapşırıqlar verildi. Şagirdlərin "açıq dərs"dəki fəaliyyəti hazırlanmış meyarlara əsasən qiymətləndirildi.

"Açıq dərs"in sonunda şagirdlərinə məsələlərin həllinə operativ münasibətindən razılıq edən fənn müəllimi Şəhla Əhmədova bildirdi ki, təhsilə göstərilən qayğı onların gələcəkdə Azərbaycanın ləyaqətli vətəndaşı olmalarına yönəlib. Ona görə siz bütün dərslərinizə beləcə diqqət məsuliyyətlə yanaşmalısınız ki, qarşıya qoyduğunuz hədəflərə asanlıqla çata biləsiniz.

 

Vasif SÜLEYMAN

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.11.