"Vətən mənə
oğul desə..."
Dekabrın 9-da Bakıdakı 147 nömrəli texniki humanitar liseydə Azərbaycanın vətənpərvər oğlu, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Vətən mənə oğul desə... "adlı tədbir keçirildi. Liseyin şagirdlərinin ifasında Dövlət himninin oxunması ilə başlayan gecədə təhsil ocağının direktoru Həlimə Mehdiyeva vətənpərvərlik mövzusuna həsr olunmuş tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verdi.
Gecənin aparıcıları
liseyin IX sinif şagirdləri düşmənlə
döyüşdə igidlik
göstərmiş, xalqımızın
fəxri Mübariz İbrahimovun həyatından
və qəhrəmanlığından
danışdılar. Bildirdilər ki, bu gün
adı dillər əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz İbrahimovun
xatirəsi xalqımızın
yaddaşında əbədi
yaşayacaq.
Liseyin şagirdləri Mübariz
İbrahimova həsr olunan şeirlər söylədilər.
Tədbirdə iştirak
edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini
İ.Əliyev belə
tədbirlərin təhsil
ocaqlarında keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirdi, gecənin
yüksək səviyyədə hazırlanmasından
məmnun qaldığını
bildirdi.
Tədbir Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş filmin nümayişi ilə başa çatdı.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.11