"Mübarizləri olan
Vətən
basılmaz"
Bu günlərdə Respublika
Gənc Turistlər və Diyarşünaslıq
Mərkəzində məktəbliləri
vətənpərvər, azərbaycançılıq
ruhunda tərbiyə etmək, onları müstəqillik
uğrunda mübarizədə
şəhid olan qəhrəmanların həyat yolunu öyrənməyə sövq
etmək məqsədilə Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz İbrahimov
və "İgidliyə
görə" medalı
verilmiş (ölümündən
sonra) baş leytenant Fərid Əhmədova həsr edilmiş "Mübarizləri olan Vətən basılmaz"
adlı tədbir keçirilib. Tədbirdə Bakıdakı
86, 254, 264, 249, 27,171, 58, 144, 244,
12, 45 nömrəli ümumtəhsil
məktəblərində fəaliyyət
göstərən mərkəzlərin
dərnək və valideyn şuralarının
üzvləri, sinif və Uşaq Birliyinin rəhbərləri
iştirak ediblər.
Tədbirdə RGTDM-nin direktor müavini
S.Allahverdiyeva qəhrəmanların
həyat yolundan və göstərdikləri
şücaətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı qəhrəman oğullarını heç
vaxt unutmayacaq və onları həmişə qəlbində yaşadacaqdır.
Burada məktəblilər tərəfindən
ədəbi-bədii kompozisiya
göstərilib və
qəhrəmanlara həsr
olunmuş şeirlər
söylənilib.
Tədbir iştirakçıları
qəhrəmanlara aid fotosərgiyə baxdıqdan
sonra 2 nömrəli Fəxri və Şəhidlər xiyabanlarına gələrək
qəhrəmanların məzarları
üstünə gül
dəstələri qoyublar.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.7.