Peşəsinin vurğunu
Elm adlı bir xəzinənin açarını bizə təqdim edən müəllimdir. Müəllim zəka, müəllim ziyadır. Odur bizə savad, bilik verən. Odur bizi maarifləndirən. Odur insanlara həyatı sevdirən, insanlığı, yaxşını yamandan, düzü əyridən seçməyi öyrədən. Müəllim adı şərəfli və müqəddəsdir. Gənc nəslin fəal həyata layiqincə hazırlaşması müəllimin şəxsiyyətindən, onun qabaqcıl ictimai əqidəsi, mədəniyyəti, təhsili və pedaqoji ustalığından asılıdır. Müəllim əməyi ona görə qiymətli və gözəldir ki, o, insanı şəxsiyyət kimi müstəqil həyata hazırlaşdırır. Bilik isə gündəlik təcrübənin zərrələrindən əmələ gəlir. Ulu öndər Heydər Əliyev müəllim əməyini belə qiymətləndirmişdir: "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".
Haqqında söhbət açacağımız
Taisə müəllim
də belə insanlardandır. Taisə Sarı qızı Quliyeva 1946-cı ildə Qazax rayonunda müəllim ailəsində
dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri
fakültəsinə daxil
olaraq,1969-cu ildə ali
məktəbi "əla"
qiymətlərlə başa
vurmuşdur. Elə həmin ildən də Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəaliyyətə
başlamışdır. Hazırda
da həmin təhsil ocağının
sayılıb-seçilən pedaqoqlarından biridir.
Taisə xanım təvazökar, nizam-intizamı sevən və ən ümdəsi, öz işinə məsuliyyətlə
yanaşan bir müəllimdir. Bir çox elmi məqalələrin müəllifidir.
Dəfələrlə yaxşı
və səmərəli
işlərinə görə
fəxri fərmanlarla
təltif edilmiş, təşəkkürnamələr almışdır. Həyatda
hər bir müəllimin məqsədi
öyrəndiklərini tələbələrinə
çatdırmaqdır, Taisə
xanım da bu baxımdan gənclərə
bir nümunə və örnəkdir. Dərs dediyi tələbələri, sözün
həqiqi mənasında,
onun sayəsində ana qayğısı ilə əhatə olunmuşlar. O, bütün
mənəvi rahatlığını,
dincliyini öz peşəsində tapır
və tələbələrində
görür.
Taisə xanım həmişəki kimi cəld, çevik və enerjilidir. Uzun müddət gənclərlə işlədiyi üçün onun ruhu cavandır. İşlədiyi kollektiv onu zəhmətkeş insan, əsl müəllim kimi həmişə yüksək dəyərləndirir. Tələbələrinin əksəriyyəti bu gün onun özü ilə çiyin-çiyinə çalışan elmi dərəcəli müəllimlərdir. Taisə xanım isə bütün bunlardan qürur və sevinc hissi keçirir. Lakin buna baxmayaraq, vaxtı ilə dərs dediyi, indi isə birgə çalışdığı tələbələri bu gün də bir müəllim kimi Taisə xanımın təcrübəsindən faydalanırlar. Müəllim kimi müqəddəs adı şərəflə daşıyan Taisə xanıma Allahdan uzun ömür və cansağlığı arzulayırıq.
Fidanə MƏMMƏDOVA
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.7.