"Bakı regionlarda təhsilin keyfiyyətinin

yaxşılaşdırılmasında valideynlərin iştirakı"

 layihəsi ilə bağlı mətbuat konfransı

 

Dekabrın 15-də Bakıdakı "Caspian Plaza" otelində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan "Bakı regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə bir sıra məktəb rəhbərləri, təhsil ocaqlarındakı VMA-nın üzvləri KİV nümayəndələri iştirak edirdilər.  Qeyd edək ki, layihənin keçirilməsində məqsəd valideynlərin məktəbə cəlbi, təhsil prosesinə fəal ictimai nəzarət vasitəsilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına töhfələr vermək valideyn-müəllim əməkdaşlığını gücləndirməklə şagirdlərin təlim-tərbiyəsinin səmərəliliyini artırmaqdan ibarətdir.

Layihənin keçirilməsi haqqında məlumat verən Milli VMA-nın icraçı direktoru Təranə Şərifova bildirdi ki, layihə iki mərhələdən ibarətdir. Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərləri ilə məsləhətləşmələrdən sonra paytaxt region məktəblərinə səfərlərin qrafiki dəqiqləşdirilib.

Layihənin birinci mərhələsi üzrə Milli VMA-nın ekspertləri Şahin Rəcəbov Lalə Rzayevanın iştirakı ilə Bakının 20, 46 nömrəli məktəblərində müəllim, şagird valideynlərlə görüş, sosioloji sorğu valideyn-şagird-müəllim əməkdaşlığına dair təlimlər keçirilib. İşci qruplarda məktəblərdəki mövcud vəziyyət qiymətləndirilib ehtiyaclar müəyyənləşdirilib. Valideyn-müəllim-şagird əməkdaşlığına dair 1000 ədəd poster-plakatlar hazırlanaraq çap olunub.

Layihənin ikinci mərhələsində ekspertlər Mingəçevir, Gəncə, Ağdam, Lənkəran, Masallı Quba şəhərlərindəki məktəblərdə analoji görüş, sorğu təlimlər keçirib. İşçi qruplarda müzakirələrdə ekspertlər region məktəblərindəki ehtiyacları müəyyənləşdirib sorğuların nəticələri təhlil olunaraq ümumiləşdirilib, təkliflər paketi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.

Sonra Milli VMA-nın eksperti Şahin Rəcəbov layihə ilə bağlı statistik məlumatları diqqətə çatdırdı.

Çıxış edənlər layihənin həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdilər. Qeyd edildi ki, belə layihələr məktəblərdə valideyn-müəllim münasibətlərinin inkişafına səbəb olur. Mövzu ətrafında müzakirələr aparıldı, bir sıra təkliflər bildirildi.

Niyazi RƏHİMOV

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.5.