Görkəmli alim yazıçı barədə

zəngin biblioqrafik mənbə

 

Elmi araşdırmalar aparmaqla yanaşı, bədii yaradıcılıq sahəsində tanınıb özünü təsdiq etmək çox az insana nəsib olan tale payıdır. Azərbaycan elm mədəniyyət tarixində bu qəbildən olanlar sırasında Kamal Mehdi oğlu Abdullayevin öz yeri var.

1950-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmiş K.Abdullayev tarixi ənənə zəngin salnaməsi olan 190 nömrəli orta məktəbi bitirib; Azərbaycanın ilk universitetində - ADU-da filologiya fakültəsində (1968-1973-cü illər) ali təhsil alıb. SSRİ EA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əyani aspiranturasında oxumuş K.Abdullayev Moskvada (1977) "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədllik, 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyalarını müdafiə  edib.

Bu illər ərzində Kamal Abdullayev Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, Azərbaycan Xarici Dillər İnstitutunda Ümumi Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifələrində çalışıb.

Professor Kamal Abdullayevin elmi maraq dairəsi genişdir. "Problemı sintaksisa prostoqo predlojeniya v azerbaydjanskom yazıke" (Bakı, Elm, 1983), "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" (Bakı, Maarif, 1999), "Dilçiliyə səyahət yaxud dilçi olmayanlar üçün dilçilik" (Bakı, "Mütərcim", 2010), "Azərbaycanca danışaq" (Paris, 2008, Buxarest, 2010) kitabları onun dilşünaslıq baxımından elmi maraq dairəsini əks etdirir.

Azərbaycan MEA-nın müxbir üzvü K.Abdullayev dünya ədəbiyyatının problemləri ilə maraqlanır, qədim dövr söz sənətinin tədqiqi ilə məşğul olub, müasir ədəbi prosesin görünməyən tərəflərini öyrənib. Bu məsələləri əks etdirən əsərləri-ədəbiyyatşünaslıq tənqidə aid kitabları aşağıdakılardır: "Müəllif-əsər-oxucu" (Bakı, Yazıçı, 1985), "Əvvəl-axır yazılanlar" (Bakı, Yazıçı, 1990), "Yolun əvvəli axırı" (Bakı, Azərnəşr, 1993), "300 azərbaycanlı" (Bakı, "Mütərcim", 2007).

Elmi araşdırmalarının bir hissəsi türkologiya məsələlərinə həsr olunmuş filoloq alimin daim diqqət yetirdiyi tədqiqat obyektlərindən biri xalqın Ana kitabı adlandırılan "Dədə Qorqud kitabı"dır. "Gizli Dədə Qorqud" (1991), "Sirr içində dastan yaxud Gizli Dədə Qorqud-2" (1999), "Mifdən Yazıya - Gizli Dədə Qorqud" adlı əsərlər Qorqudşünaslığa dair dəyərli araşdırmalardandır. Professor Kamal Abdullayevin "Gizli Dede Korkut" kitabı 1995-ci ildə Bursada,  elə həmin il həm İstanbulda türkcə çap olunmuşdur.

Kamal müəllimin geniş elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış əsərlərindən biri akademik Azad Mirzəcanzadə ilə birlikdə 2003-cü ildə nəşr etdirdikləri "Leksiya v Bakinskom slavyanskom universitete" kitabı (Baku, Mutardjim)  ədəbiyyat poetika problemlərinə aid dəyərli əsərdir.

Kamal Abdullayev bədii yaradıcılığı elmi araşdırmaları ilə növbələşdirib əlaqələndirən qüdrətli təxəyyül sahibidir. O, Azərbaycanda xarici ölkələrdə hekayə, roman pyeslər, esselər, şeirlər müəllifi kimi tanınır.

"Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox..." romanları, 7 pyesi, "Qəribədi, deyilmi?" şeirlər toplusu, "Ruh" (1997), "Casus" (2004) s. kitabları ölkəmizdə, Türkiyə, Rusiya, Fransa Polşada Azərbaycan, türk, rus, polyak, fransız dillərində nəşr olunub.

Bunlara onu da əlavə edək ki, professor K.Abdullayev həm bədii tərcümə ilə məşğul olur. 2001-ci ildə "Mütərcim" nəşriyyatının buraxdığı "Gümüş dövrün  sirləri" tərcümələr toplusu oxucular tərəfindən rəğbətlə qarşılanıb.

2000-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilmiş görkəmli alim həm BSU-nun "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasının rəhbəridir. Universitetin Elmi Əsərlərinin "Dil-ədəbiyyat" seriyasının baş redaktoru, D 02.071 indeksli elmi şuranın sədri, "Filoloqun kitabxanası-100", "Türkologiya", "Azərbaycanşünaslıq", "Dünya nəşri" seriyalarının müəllifi icraçısı olan professor K.Abdullayev həm ictimai xadim kimi geniş fəaliyyət göstərir. Belə ki, professor K.Abdullayev Azərbaycan Yaradıcılıq Fondunun (keçmiş Azərbaycan Mədəniyyət Fondunun) sədridir, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin, Teatr Xadimləri Cəmiyyətinin, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Respublika Badminton Federasiyasının prezidentidir.

Türk Dil qurumunun fəxri üzvü seçilmiş K.Abdullayev Ukrayna Beynəlxalq Kadr Akademiyasının akademiki, Moskva Şəhər Pedaqoji Universitetinin fəxri doktorudur. 2007-ci ildə Rusiya Prezidenti V.V.Putin tərəfindən Puşkin medalı ilə təltif olunub. Alim haqqında kitablar çap olunub.

Azərbaycan alimi, yazıçısı, ictimai xadimi, filologiya elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, BSU-nun rektoru K.Abdullayev bu il Dədə Qorqud Milli Fondunun "Dədə Qorqud Milli Mükafatı", "Azərbaycan dünyası" beynəlxalq jurnalının "Vətən övladı" qızıl medalı ilə təltif olunub.

Bu günlərdə "Elm" nəşriyyatı professor K.Abdullayevin anadan olmasının 60 illiyi ilə bağlı "Kamal Mehdi oğlu Abdullayev" adlı biblioqrafiya buraxıb.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə çap olunmuş biblioqrafiyanın redaktoru akademik Ağamusa Axundov, tərtibçilər Şükufə Ağakişiyeva, Anna Malaxovadır.

136 səhifəlik kitabda görkəmli alimin həyat yolunu, elmi bədii yaradıcılıq uğurlarını əks etdirən məlumat Azərbaycan, rus ingilis dillərində verilib.

Sonrakı səhifələrdə 1973-cü ildən başlayaraq 2010-cu ilə qədər zaman kəsimində görkəmli alim yazıçının, ictimai xadimin, ali məktəb rektorunun həyatının biblioqrafiyası illər üzrə qələmə alınıb.

Vətənə, xalqa, milli təhsilə, zəngin ədəbiyyat tarixinə bağlı alimin, söz sənəti nümunələri ilə oxucu auditoriyası qazanmış yazıçının 60 illiyinə həsr olunmuş biblioqrafiya elm mədəniyyət tariximizi öyrənib tədqiq edənlər üçün lazımlı faydalı mənbədir.

 

Ş.MƏMMƏDOV

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.4.