Sənətini düzgün seçənlər

uğur qazanırlar

 

Azərbaycan Dövlət İqtisad Universitetində peşə yönümünü seçmək istiqamətində orta məktəb şagirdləri ilə keçirilən görüşlər artıq ənənə halını alır. Bu, həyatda öz yolunu axtaran gələcəkdə yiyələnəcəyi ixtisası dəqiq seçmək istəyən gənclər üçün faydalıdır.

Məhz bu baxımdan ADİU-nun rəhbərliyi məktəblilərlə keçirilən görüşlərə, "açıq qapı" günlərinə diqqətlə yanaşır.

Bu günlərdə Ağdaş özəl türk liseyinin şagirdləri ADİU-nun qonağı olublar. Ali təhsil almaq üçün ikinci ixtisas qrupunu seçən məktəblilərə universitetin təhsil sistemi haqqında geniş məlumat verildi. Onlar müxtəlif kafedralarda, tələbə auditoriyalarında oldular.

Ağdaş özəl türk liseyinin müəllimi Emil Şabanov belə hesab edir ki, bu ekskursiya lisey şagirdlərinə birgünlük olsa özlərini universitet tələbəsi kimi hiss etməyə imkan verdi. Onlar universitetin müəllimləri ilə görüşdülər, tələbələrlə ünsiyyətdə oldular, təhsil prosesi haqqında ilkin məlumatları əldə etdilər. Eyni zamanda universitetdə müasir iqtisad elminin meqoiqtisadi problemlərin həlli yönümündə aparılan tədqiqat araşdırmalarla ümumi tanış oldular. Lisey şagirdləri dünyada ən maraqlı perspektivli ixtisasın müxtəlif istiqamətləri ilə tanış olduqlarına sevindilər.

 

Rəşad ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.7.