2009-2010-cu dərs ilində
mərkəzləşdirilmiş qaydada keçirilmiş
buraxılış
imtahanlarında coğrafiya fənni üzrə
nəticələr barədə
Coğrafiya fənnini səciyyələndirən
xüsusiyyət gələcək nəslə
dünyanı dərk etməyi, təbii resurslardan
səmərəli istifadə etməyi öyrətmək
və ətraf mühiti qorumaq istiqamətində elmi
araşdırmaların aparılmasına kömək
etmək, əsas məqsədi
isə təbiət və cəmiyyət haqqında bilik
vermək, ətraf mühitin inkişaf
qanunauyğunluqlarını dərk etməyi
şagirdlərə öyrətməkdir.
Şagirdlərin aldıqları coğrafi biliklər əsasında dünyagörüşlərini formalaşdırmaq, yaradıcı təfəkkürlərini inkişaf etdirmək, yeni biliklərə müstəqil yiyələnmələrinə nail olmaq coğrafiyanın vəzifələrinə daxildir. Məktəb coğrafiyasının ən başlıca vəzifələrindən biri də şagirdlərə vətənimizin təbiəti, əhalisi və təsərrüfatı haqqında biliklər verməkdir ki, onlar gələcəkdə bu bilikləri həyatda tətbiq edə bilsinlər. Coğrafiya elmi sistemli yanaşmanı sevdiyi üçün, coğrafiya fənni də sistemli tədrisi sevir. Şagirdlərin sistemli biliklərə yiyələnməsində yardımçı olur. Müasir coğrafiya fizika, riyaziyyat, kimya, biologiya, tarix və digər elmlərlə əlaqəli surətdə inkişaf edir. Məktəb təcrübəsi göstərir ki, müasir dövrdə coğrafiya fənninin tədrisində ənənəvi təlim metodları kifayət qədər obyektiv ola bilmir. Məqsədə çatmaq üçün bu gün şagirdlərin fərdi imkan və tələblərini nəzərə ala bilən yeni təlim üsullarının işlənməsi tələb olunur.
Azərbaycanda dünyəvi
təhsilə başlanandan coğrafiya fənni
öyrənilməsi məcburi hesab edilən fənlər
arasındadır. Mərkəzləşdirilmiş qaydada
keçirilən buraxılış imtahanlarında
istifadə olunan test tapşırıqlarının təhlili
bir daha göstərir ki, şagirdlərin bu fənnə meyil
və marağı yüksəkdir.
2009-2010-cu dərs
ilində mərkəzləşdirilmiş qaydada
keçirilmiş buraxılış imtahanlarında
coğrafiya fənni üzrə istifadə olunan test
tapşırıqlarının təhlili aşağıdakı
nəticələri göstərdi:
1. XV əsrdə
kəşf olunmuşdur:
A) Şimal buzlu okeanı
B) Afrika
C) Antarktida
D) Hindistana dəniz yolu
E) Avstraliya
Bu test tapşırığı ümumi fiziki coğrafiya
kursunun sadə və maraqlı mövzusu - "Coğrafi
biliklərin inkişafı"na aiddir. Məzunlarımız Böyük Coğrafi
Kəşflərin XV əsrin sonunda Xristofor Kolumbun
Amerikanı və Vasko da Qamanın Hindistana dəniz yolunun
kəşf edilməsi ilə başlandığını
bilirlər. Təqdim olunan variantlarda
Amerikanın kəşfi yoxdur. Deməli,
düzgün cavab D variantı, yəni Hindistana dəniz yolunun
kəşfidir. Çətinlik dərəcəsinə
görə sadə olan bu faktoloji test
tapşırığına məzunların yarıdan
çoxu düzgün cavab vermişdir.
Düz-67,92%, səhv-25,75%, imtina-6,33%
2. Dağların
mütləq maksimum hündürlüyünə görə
artdığı sıranı müəyyən edin:
A) Himalay, Alp, And
B) Qafqaz, And, Himalay
C) And, Alp, Qafqaz
D) Altay, Ural, Qafqaz
E) Qafqaz, Ural, Kordilyer
Bu test tapşırığı "Materiklər
coğrafiyası" kursuna aiddir. Deklorativ bilik tələb
edir və sadə-orta
çətinlik dərəcəsinə malik test hesab olunur. Bu
test tapşırığına cavab vermək
üçün məzunlar dağların mütləq
hündürlüklərini bilməli və onları mütləq
hündürlüyünün artmasına görə
sıralamalıdırlar. Bu nöqteyi-nəzərdən testi
orta səviyyəli test kimi dəyərləndirmək olar. Lakin düzgün variantda məşhur
dağların verilməsi və xüsusilə sonuncu yerdə
dünyanın ən hündür dağ silsiləsi
Himalayın adının yazılması bu
tapşırığı xeyli sadələşdirmişdir.
Düzgün cavab: B) Qafqaz, And, Himalay
Düz-64,17%, səhv-29,38%, imtina-3,45%
3. Böyük
Qafqaz tektonik qalxma zonasına daxil deyil:
A) Abşeron-Qobustan
B) Qusar maili düzənliyi
C) Yan silsilə
D) Baş Qafqaz sıra dağları
E) Dağlıq Şirvan
Prosedural biliyə əsaslanan bu test tapşırığı "Azərbaycanın fiziki
coğrafiyası" kursuna aiddir. Mürəkkəblik
dərəcəsinə görə orta səviyyəlidir. Lakin məzunlarımız bu tapşırığa
cavab verməkdə çətinlik çəkmişlər.
Buna səbəb şagirdlərin tektonik
zonaların sərhədlərini kifayət qədər
dəqiq bilməmələridir. Tektonik zonalar haqqında
məlumatı olan şagirdlər yaxşı bilirlər ki,
Böyük Qafqazın şimal-şərqində
yerləşən Qusar maili düzənliyi və Samur-Dəvəçi
ovalığı Böyük Qafqaz dağları ilə
Xəzər dənizi arasında Ön Qafqaz tektonik
çökmə zonasında yerləşir və onlar
Böyük Qafqaz tektonik qalxma zonasına daxil deyil.
Düzgün cavab: B) Qusar maili düzənliyi
Düz-39,15%, səhv-53,47%, imtina-7,38%
4. Böyük
Qafqazın şimal-şərq yamacının
çayları:
A) Vəlvələçay, Gilgilçay
B) Qudyalçay, Katexçay
C) Qusarçay, Oxçuçay
D) Ataçay, Astaraçay
E) Samur, Tərtərçay
Bu test tapşırığı da "Azərbaycanın fiziki
coğrafiyası" kursuna aiddir. Mürəkkəblik
dərəcəsinə görə orta səviyyəlidir.
Bu testə cavab vermək üçün
şagirdlər Azərbaycanın çayları haqqında
faktoloji və xəritə biliklərinə malik
olmalıdırlar. Şagirdlərin yarıdan
çoxunun bu sualı düzgün cavablandırması
onların respublikamızın ərazisindəki
çayların yerləşmə xüsusiyyətlərinə görə 4 qrupa
ayrıldığını yaxşı bildiklərindən
irəli gəlir. Düzgün cavab: A)
Vəlvələçay, Gilgilçay
Düz-54,89%, səhv-39,34%, imtina-5,77%
5. Azərbaycanda
ən böyük
dağ-mədən sənayesi müəssisələri yerləşir:
A) Şamaxıda
B) Yardımlıda
C) Daşkəsəndə
D) Qubada
E) Şirvanda
Bu test tapşırığı "Azərbaycanın iqtisadi
və sosial coğrafiyası" kursuna aiddir. Mürəkkəblik
dərəcəsinə görə sadədir. Bu sadə testə şagirdlərin böyük
əksəriyyəti düzgün cavab vermişdir ki, bu da
təsadüfi deyil. Çünki Qafqazda
mənimsənilən ən iri filiz yataqlarının daha
çox olduğu yerin Kiçik Qafqaz olduğunu bilirlər.
Ona görə də filiz faydalı
qazıntıların da ən çox
çıxarıldığı rayonun Daşkəsən
olduğunu müəyyən etmək çətin olmamışdır.
Düzgün cavab: C) Daşkəsəndə
Düz-82,36%, səhv-13,71%, imtina-3,93%
6.
"Yalançı urbanizasiya"nın
sürətlə inkişaf etdiyi ölkələr:
1.ABŞ
2. Kanada
3.Almaniya 4.Braziliya 5. Hindistan 6.Argentina
A) 1, 2, 3 B) 2, 4, 6 C) 1, 3, 5 D) 4, 5, 6 E) 3, 4, 5
Bu test tapşırığı "Dünyanın
iqtisadi və sosial coğrafiyası" kursuna aiddir.
Mürəkkəblik dərəcəsinə görə orta səviyyəlidir.
Əgər bir neçə il bundan
əvvəl bu tipli tapşırıqlar çətin test kimi
qəbul olunurdusa, son vaxtlar şagirdlər belə
tapşırıqları orta-sadə kimi qəbul edirlər. Bu onu göstərir ki, şagirdlər dünya
ölkələrində urbanizasiyanın inkişaf
səviyyəsini düzgün qiymətləndirə
bilirlər.
Düzgün cavab: D) 4, 5, 6
Düz-54,89%, səhv-37,86%, imtina-7,25%
7.
Xəritə-sxemə əsasən daş kömür
istehsalçılarını müəyyən edin:
A) 1,2,3
B) 2,3,6
C) 1,3,5
D) 2,4,6
E) 4,5,6
Bu test tapşırığı da "Dünyanın
iqtisadi və sosial coğrafiyası" kursuna aiddir. Mürəkkəblik dərəcəsinə
görə çətindir. Çünki
bu testə cavab vermək üçün
şagirdlərdən dünya təsərrüfatının
coğrafiyasını, dünya sənayesini, yanacaq-energetika
sənayesini və kömürün ən çox hasil
edildiyi ölkələri düzgün bilmələri
tələb olunur. Bu
tapşırığı yerinə yetirmək
üçün həm də dünyanın kömür
sənayesi və bu sahədə əsas istehsalçı
ölkələri tanımaq, həmçinin yüksək
xəritə biliklərinə malik olmaları lazım
gəlir. Bu səbəbdən də bu
tapşırığa şagirdlərin yarıdan az hissəsi düzgün cavab vermişdir.
Düzgün
cavab: E) 4-Çin, 5-ABŞ, 6-Rusiya
Düz-33,93%, səhv-48,8%, imtina-17,27%
8. Bakıda yerli
vaxt 16:00, A məntəqəsində
isə 21:00-dır. A məntəqəsinin
yerləşdiyi coğrafi uzunluğu təyin edin.
A) 1250 ş.u. B) 750 ş.u. C) 750 q.u. D) 250 q.u. E) 500 q.u.
Bu test tapşırığı "Ümumi fiziki
coğrafiya" kursuna aiddir. Mürəkkəblik
dərəcəsinə görə çətindir. Ümumiyyətlə, saat qurşaqlarına aid
məsələlər həmişə həm
şagirdlər, həm də abituriyentlər
tərəfindən çətin testlər kimi qəbul
olunmuşdur. Əgər
əvvəllər bu testlərə şagirdlərin çox
cüzi hissəsi cavab verirdisə, hazırda bu
göstərici xeyli artmışdır. Bunu
sevindirici hal kimi qəbul etmək olar. Deməli,
şagirdlər artıq bu testlərin həllində o
qədər də çətinlik çəkmirlər, bu
isə onlarda coğrafiya elminə həvəsin
artdığını, eyni zamanda orta
məktəblərdə bu fənnin tədrisində
irəliləyişlərin olmasının
təzahürüdür.
Düzgün cavab: A) 1250ş.u.
Düz-34,97%, səhv-43,15%, imtina-21,88%
9. Süxurlar
əmələgəlmə xüsusiyyətinə görə hansı
qruplara ayrılır?
A) maqmatik, dərinlik, qranit
B) qranit, bazalt, mantiya
C) bazalt, maqmatik, çökmə
D) maqmatik, çökmə, metamorfik
E) çökmə, üzvi, qranit
Bu test tapşırığı "Ümumi fiziki
coğrafiya" kursuna aiddir. Mürəkkəblik
dərəcəsinə görə sadədir. Verilən tapşırıq sadə faktoloji
biliklərə əsaslanır. Bu testə
cavab vermək üçün süxurların sadəcə
hansı qruplara bölündüyünü bilmək
kifayətdir. Təsadüfi deyil ki, bu suala
şagirdlərin yarıdan çox hissəsi düzgün
cavab vermişdir.
Düzgün cavab: D) maqmatik, çökmə, metamorfik
Düz-73,14%, səhv-21,14%, imtina-5,72%
10. Aral
gölü hansı ölkələrin ərazisində
yerləşir?
A) Tacikistan, Türkmənistan
B) Türkmənistan, Qırğızıstan
C) Qazaxıstan, Qırğızıstan
D) Özbəkistan, Türkmənistan
E) Qazaxıstan, Özbəkistan
Bu test tapşırığı "Türk
dünyası coğrafiyası"na
aiddir. Mürəkkəblik dərəcəsinə görə orta
səviyyəlidir. Bu tapşırığı
yerinə yetirmək üçün məzunlardan türk dünyası
ölkələrinin coğrafi mövqeyini bilmək, eyni
zamanda dəqiq xəritə biliyi tələb olunur. Təəssüflə qeyd etmək lazımdır
ki, məzunlarımızın müəyyən qismində
xəritə bilikləri hələ də aşağı
səviyyədədir. Bu səbəbdən bu testi
şagirdlərin yarıdan az hissəsi düzgün
cavablandırmışdır.
Düzgün cavab: E)
Qazaxıstan, Özbəkistan
Düz-39,95%, səhv-51,01%, imtina-9,04%
Test tapşırıqları tərtib edilərkən
əsas məqsəd nəzərdə tutulmuş meyarlar
üzrə şagirdlərdə məntiqi, praktik, bacarıq
və hesablamalar aparmaq, nəzəri biliklərin
qruplaşdırılması, səbəb və nəticə
əlaqələrinə yönəlmiş bilikləri yoxlamaq
olmuşdur. Təqdim olunan test tapşırıqları Təhsil
Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud
dərslik və tədris proqramları əsasında
hazırlanmış və tələb olunan vaxt müddətinə
uyğun tərtib olunmuşdur.
2010-2011-ci dərs
ilində yoxlama və buraxılış imtahanlarında
coğrafiya fənni üzrə
istifadə olunacaq test
tapşırıqlarından nümunələr:
1. A
məntəqəsi dağın zirvəsi, B məntəqəsi
dağın yamacıdır. A
məntəqəsi dəniz səviyyəsindən 472m
yüksəklikdə yerləşir. A və B
məntəqələri arasında 42 mm təzyiq fərqi
olarsa, B məntəqəsinin hansı
hündürlükdə yerləşdiyini müəyyən
edin.
A) 514 m B) 430
m C) 7 m D) 32 m E) 892 m
Həlli:
A və B
məntəqələri arasında atmosfer təzyiqi
fərqinin 42 mm olduğunu nəzərə alıb
müəyyən etmək olar ki, onların arasında 420 m
nisbi hündürlük fərqi var. A məntəqəsi B
məntəqəsindən yüksəkdə
yerləşdiyindən B məntəqəsində təzyiq A məntəqəsinə nəzərən
daha çoxdur. Yuxarıya doğru qalxdıqca
hər 10 m-də atmosfer təzyiqi 1mm civə sütunu
aşağı düşür. Ətəklə
zirvə arasındakı hündürlük fərqini tapmaq
üçün aşağıdakı şəkildə
tənasüb quraq:
1 mm - 10 m
42 mm - x m
42 * 10 = 420m
472 m + 420 m = 892 m
Düzgün
cavab: E) 892 m
2. Məkkə
şəhərində (220 şm.e, 400 ş.u)
saat 12:51 olarsa, Bakıda (400şm.e, 500 ş.u) yerli vaxtla saat
neçədir?
A) 13:31 B)12:59
C)13:01 D)12:41 E)12:11
Həlli:
Məkkə
şəhəri Bakıdan 100 qərbdədir. (100
ərzində yer öz oxu ətrafında 40 dəqiqə
dönür). Yer öz oxu ətrafında
100 fırlanmaq üçün 40 dəqiqə vaxt sərf
edir. Məkkə şəhəri
Bakıdan qərbdə, Bakı isə şərqdə
olduğuna görə Bakıda saat 13:31 olar.
Məkkə ilə Bakı arasındakı dərəcə
fərqini tapaq:
500-400=100
sonra isə dərəcə fərqini zamana
çevirək.
100 * 4 dəq = 40 dəqiqə
daha sonra Bakının Məkkədən
şərqdə olduğunu nəzərə alaraq
12:51 + 0:40 = 13:31
Düzgün cavab:
A) 13:31
3. Verilmiş
xəritə-sxemə əsasən Avropanın inkişaf
etmiş ölkələrini müəyyən edin:
A) 2, 3,4 B) 4,5,6 C) 1,2,6 D) 1,2,4 E) 2,5,6
Həlli:
Şagirdlər
xəritə-sxemlə bağlı olan suallara cavab
verərkən adətən çətinlik
çəkirlər. Çünki burada şagirdlərdən
həm nəzəri, həm də praktik biliklər
tələb olunur. Bu
tapşırığı yerinə yetirmək
üçün şagirdlər dünya
dövlətlərinin sosial-iqtisadi inkişaf
səviyyəsinə görə yüksək inkişaf etmiş
ölkələr qrupunu və bu ölkələrin sayca daha
çoxunun Qərbi Avropada yerləşməsini
bilməlidirlər. Xəritə-sxemdə
Avropa regionu göstərilmişdir. Burada
şagirdlərdən həm də Qərbi və Şərqi
Avropa ölkələrini ayırmaq bacarığı
tələb olunur. Hər bir nəzəri
və praktiki bacarığı olan şagird bu testin
düzgün cavabının yalnız Qərbi Avropa
ölkələrinin olduğunu müəyyən etmiş
olacaqdır.
Düzgün
cavab: C) 1, 2, 6
4.
Xəritə-sxemə əsasən meşələrin
geniş yayıldığı əraziləri
müəyyənləşdirin:
A) 2, 3, 7 B) 4,
5, 8 C) 1, 7, 6 D) 1, 2, 8 E) 2, 4, 6
Həlli:
Məlumdur ki, respublika
ərazisinin 11%-ni tutan meşələrimizin böyük
əhəmiyyəti vardır. Azərbaycan meşələri
sahəcə az olsa da, növcə
zəngindir. Onlar ərazimizin bütün bitki
növünün 11%-ni təşkil edir. Meşələrin
90%-dən çoxu dağlıq ərazilərdə, 10%-i
isə düzənliklərdə yayılmışdır.
Bu tapşırıqda yalnız dağlıq
ərazilərdə yerləşən böyük
meşə massivlərinin yerini
müəyyənləşdirmək tələb olunur. Cavablarda eyni zamanda arid (quraq) ərazilər də
göstərilmişdir. Hər bir diqqətli
şagird, verilmiş xəritə-sxemdə
meşələrin yayıldığı ərazilərin
Böyük Qafqaz, Kiçik Qafqaz və Talış
dağlarında geniş yayıldığını
müəyyən edə bilər.
Düzgün
cavab: E) 2,4,6
5. Xəzər dənizinin sahilində
yerləşən düzənliklər:
A) Mil, Salyan, Muğan, cənub-şərqi Şirvan
B) Şirvan, Lənkəran, Mil, Yaşma
C) Samur-Dəvəçi, Şirvan, Salyan, Muğan
D) Yaşma, Salyan, Samur-Dəvəçi,
cənub-şərqi Şirvan
E) Samur-Dəvəçi, Lənkəran, Mil, Salyan
Həlli
Bu test tapşırığı 8-ci sinfin
"Azərbaycanın fiziki coğrafiyası" kursuna aiddir.
Bu tapşırığa düzgün cavab
vermək üçün "Azərbaycanın relyefi"
mövzusunu bilmək lazımdır. Dərslikdə
mövzu kifayət qədər geniş yazılmasına
baxmayaraq, şagirdlər bu tip test
tapşırıqlarını yerinə yetirərkən yenə
də çətinlik çəkirlər. Bu da
şagirdlərimizin xəritələrdən az
istifadə etmələri və diqqətsizliyindən irəli
gəlir. Bu tapşırığı yerinə yetirmək
üçün diqqətlə nəzər yetirsək
görərik ki, A variantında Mil və Muğan
düzləri, B variantında Şirvan və Mil, C variantında
Şirvan və Muğan, E variantında isə Mil düzü Xəzərin
sahilində yerləşmir. Testi həll
etmək üçün Azərbaycanın relyefinə,
əsasən də düzənliklərinə və
xəritə biliyinə əsaslanmaq lazımdır.
Düzgün
cavab: D) Yaşma, Salyan,
Samur-Dəvəçi, cənub-şərqi Şirvan
6. Kəsmə yüksəkliyin 30 m
olduğunu nəzərə alaraq, B nöqtəsinin
mütləq hündürlüyünü təyin edin:
A) 182 m B) 156 m C) 120 m D) 180 m E) 150 m
Həlli:
Verilən test tapşırığı əməli
təklif xarakteri daşıyır və hesablama tələb
edir. Bu tipli suallar çətinlik
dərəcəsinə görə orta-çətin
testlər kateqoriyasına daxildir. Çünki
verilən tapşırığı yerinə yetirmək
üçün şagird mütləq və nisbi
hündürlük, kəsmə yüksəklik və
berqştrix anlayışlarına dair biliyə malik
olmalıdır. Məsələnin həlli
aşağıdakı qaydada aparılmalıdır:
Berqştrixlərin
istiqaməti kənara yönəldiyi üçün
şagird əvvəlcə təklif olunan sxemdə
yüksək ərazinin və ya təpənin təsvir
olunduğunu müəyyən edir. Sonra zirvəyə (196
m) ən yaxın horizontalın yüksəkliyini tapır.
Bunun üçün zirvənin
hündürlüyü kəsmə yüksəkliyə
bölünür.
196 : 30 = 6 (qalıq 16)
Sonra alınan qalıq,
zirvənin yüksəkliyindən çıxılır.
196 - 16 =180 m
Deməli, zirvəyə yaxın horizontalın
hündürlüyü 180
m-dir. 180 m-dən 2 kəsmə yüksəklik, yəni 60 m
aşağı enərək B nöqtəsinin mütləq
hündürlüyünü tapır. Yəni 180-60=120 m
Deməli, B
məntəqəsinin mütləq hündürlüyü 120
m-dir.
Düzgün
cavab: C) 120 m
7. 00 meridianı
üzərində yerləşən A
və B məntəqələri arasında 3330 km
məsafə vardır. Onlar arasında vaxt
fərqini hesablayın.
A) 30 dəqiqə
B) 3 saat
C) 2 saat 30 dəqiqə
D) 1 saat 40 dəqiqə
E) vaxt fərqi yoxdur
Həlli:
Hesablama xarakterli çətin-orta səviyyəli test
tapşırığıdır. A və B
məntəqələri arasında məsafəni təyin
etmək üçün şagird, ilk növbədə,
onların harada yerləşməsinə diqqət
etməlidir. Bunun üçün onun
dərəcə toru, meridian və paralellərin
yerləşməsinə, onların 10-lik qövslərinin
uzunluğu, bundan başqa, yerdə vaxtın
dəyişməsi, saat qurşaqlarına aid kifayət
qədər biliyi olmalıdır. Verilən testdə A və B məntəqələri 00-lik
meridianın üzərində yerləşdiyinə
görə, onlar arasında 3330 km məsafə olmasına
baxmayaraq vaxt fərqləri yoxdur. Çünki
eyni meridian üzərində yerləşən bütün
məntəqələrin yerli vaxtı eynidir.
Düzgün cavab: E) vaxt fərqi yoxdur
8. Asiya
qitəsində yerləşən dağlar:
1.
A) 2, 5, 6 B) 2, 3, 4 C) 1, 3, 4 D) 2, 4, 6 E) 1, 2, 5
Həlli:
Verilən test tapşırığı orta
çətinliyə malik faktoloji testlər kateqoriyasına
daxildir. Bu suala cavab vermək üçün
şagird materik və qitələrin relyefi haqqında, relyef
formalarının harada yerləşməsinə dair
xəritə biliklərinə malik olmalıdır. Tapşırıqda təklif olunan dağların
üçü Asiyada (
Düzgün
cavab: E) 1, 2, 5
9. Azərbaycanda
buludluluğun daha çox olduğu ərazilər:
A) Lənkəran ovalığı, Böyük və
Kiçik Qafqazın
alçaq dağlıq əraziləri
B) Abşeron, Kür-Araz ovalığı
C) Talış dağları, Mil-Muğan
düzənlikləri
D) Talış dağları, Arazboyu
düzənliklər
E) Mil-Muğan düzənlikləri, Kiçik
Qafqazın yüksək dağlığı
Həlli:
Verilən test tapşırığı
ümumiləşdirici faktoloji xarakterli orta-sadə
çətinliyə aid olan sualdır. Buludluluğun
əsasən dağətəyi zonada çox olduğunu
və bu səbəbdən də Günəş
radiasiyasının az olduğunu bilən
şagirdlər bu suala qənaətbəxş cavab verə
bilərlər. Belə ki, düzgün cavab A
variantıdır. Yalnız bu variantda
dağətəyi ərazilər həmçinin
yağıntıların daha çox olduğu Lənkəran
ovalığı verilmişdir. Digər
distraktorlarda dağətəyi ərazilərlə
yanaşı, quraq iqlimə malik düzən ərazilər
də verilmişdir. Bu isə testin
çətinlik səviyyəsini aşağı salaraq onu
xeyli asanlaşdırır. Deməli, düzgün cavab: A) Lənkəran ovalığı,
Böyük və Kiçik Qafqazın alçaq dağlıq
əraziləri
10.
Aşağıdakı əlamətlərin hansı iqtisadi
rayona aid olduğunu
müəyyən edin:
1. Xəzər dənizinə çıxışı
var.
2. Əhalinin milli tərkibi müxtəlifdir.
3. Faraş tərəvəzçilik üzrə
ixtisaslaşmışdır.
A) Gəncə-Qazax
B) Abşeron
C) Aran
D) Quba-Xaçmaz
E) Lənkəran-Astara
Həlli:
Ümumiləşdirici xarakterə malik orta
çətinliyə aid test tapşırığıdır.
Bu testi düzgün cavablandırmaq
üçün Azərbaycanın iqtisadi-coğrafi rayonlarının
mövqeyi, əhalisi və ixtisaslaşmış
təsərrüfat sahələrini bilmək tələb
olunur. Verilən əlamətlərin
üçünün də aid olduğu rayon D variantında
göstərilən Lənkəran-Astara rayonudur. Lakin digər distraktorlarda verilən 3 iqtisadi rayon da
demək olar ki bu əlamətlərdən ikisinə malikdir.
Bu isə testin çətinlik
dərəcəsini xeyli artırır. Şagirdlərin
orta səviyyəli biliklərinin yoxlanmasına xidmət
edən və özünü doğruldan test
tapşırığı kimi dəyərləndirilə
bilər.
Düzgün
cavab: E) 1, 2, 5
Buraxılış imtahanları üçün test
tapşırıqlarının hazırlanması, test
tərtibi metodikasının təkmilləşdirilməsi
həmişə diqqət mərkəzindədir, bu sahədə
işlər ilbəil genişləndirilir,
təkmilləşdirilir, yeni-yeni üsullar hazırlanıb
tətbiq edilir. Belə yeniliklərdən biri də
növbəti 2010-2011-ci dərs ilindən
mərkəzləşdirilmiş qaydada keçiriləcək
buraxılış imtahanlarında coğrafiya fənnindən
tapşırıqların sayının 12 olmasıdır, bu
da şagird nailiyyətlərinin
qiymətləndirilməsində, onların bilik və bacarıqlarının
daha da obyektiv müəyyənləşdirilməsinə
geniş imkanlar yaradacaqdır.
Təhsil
Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsi
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.8.